Azərbaycan, Bakı, 16 may/ Trend / Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olduqdan sonra da kənd təsərrüfatına 10%-lik subsidiya ayırmaq niyyətindədir. Bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev İsrailin kənd təsərrüfatı naziri Şalom Simxonla görüşdə bildirib.
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin cümə günü yayılan məlumatında deyilir, iki ölkənin iqtisadi münasibətlər müzakirə edilib, kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
İsrailin kənd təsərrüfatı naziri Azərbaycanın iqtisadi inkişaf nazirini 2009-cu ildə İsraildə keçiriləcək sərgidə iştirak etməyə çağırıb.