...

EİB ilə çərçivə sazişi əməkdaşlığın inkişafında Azərbaycanın statusu müəyyənləşdirildikdən sonra imzalana bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2008 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may/ Trend , müxbir İ.Xəlilova/ Avropa İnvestisiya Bankı (EİB) ilə əməkdaşlığın inkişafının statusu məsələləsi razılaşdırılmadığına görə, Azərbaycan hökuməti onunla çərçivə sazişinin imzalanmasını təxirə salıb. Bu barədə cümə günü İqtisadi İnkişaf Nazirliyindən məlumat veriblər. Sazişin apreldə, bankın vitse-prezidentinin Bakıya səfəri çərçivəsində imzalanacağı gözlənilirdi.

Bankla növbəti danışıqlar AYİB idarəçilərinin illik iclası çərçivəsində, bu həftənin əvvəlində Kiyevdə keçirilib. İqtisadi İnkişaf Nazirliyi EİB üçün sazişin yekun variantını hazırlayıb və Azərbaycan tərəfinin mövqeyi ilə razılıq əldə olunduğu halda, sazişin imzalanması üçün səlahiyyətin alınması ilə bağlı gecikmələr olmayacaq.

"Bank üzvlüyü məhdudlaşdırır və belə hüquqa yalnız Avropa İttifaqı ölkələri malikdirlər. Buna görə də, biz əməkdaşlığın statusunu müəyyən etməliyik", - nazirlikdən qeyd ediblər.

Azərbaycanın mövqeyi sazişin tərəfdaş statusunda imzalanmasından ibarətdir. İqtisadi İnkişaf Nazirliyindən sazişin 2008-ci ilin sonunadək bağlana biləcəyi ehtimalını istisna etmirlər.

Saziş imzalandıqdan sonra ölkə parlamentində təsdiq edilməlidir. Buna görə EİB-in Azərbaycanda layihələri maliyyələşdirməsi tezliklə baş verməyəcək. Buna baxmayaraq, bank artıq dəmir yolu nəqliyyatının maliyyələşdirilməsinə $500 mln. ayırmağa hazır olduğunu bildirib.

EİB layihələri Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqının vəsaitləri hesabına maliyyələşdirməyi planlaşdırır və buna görə də iki-üç və daha çox ölkələri birləşdirəcək regional xaraktlerli layihələrə üstünlük veriləcək. EİB infrastruktur layihələrinin maliyyələşdirilməsinə üstünlük verir.

AYİB və EİB Rusiya, Ukrayna, Moldova, Cənubu Qafqaz dövlətləri və Mərkəzi Asiya ölkələrinə birlikdə sərmayə yatırmağa hazır olduqlarını bildiriblər. Aİ Şurası 2013-cü ilədək birgə maliyyələşdirmə çərçivəsində 3,7 mlrd. avro və ya ildə 500 mln. avro. ayrımağa hazırdır.

Mayın 23-nə olan rəsmi məzənnə - 0,8235 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti