...

Monitorinq Azərbaycanda "quş qripi" virusunun olmadığını göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may/ Trend , müxbir S.Babayeva/Bu il "quş qripi"nin yoxlanılması üzrə dördüncü və yaz mövsümünün sonuncu monitorinqi ölkə ərazisində virusun olmadığını göstərib. Bu barədə cümə günü Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Xidmətindən məlumat veriblər.

"Monitorinqin gedişində toplanan 1365 nümunədən heç birində virus daşıyıcısı aşkar edilməyib", - Dövlət Xidmətindən bildiriblər.

Monitorinq Abşeron yarımadası və yaxın əraziləri, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarını, Xəzərin sahilyanı xəttini əhatə edib. O, Baytarlıq Xidməti, Ekologiya, Səhiyyə nazirlikləri və Azərbaycan Ovçular Cəmiyyətinin mütəxəssislərindən ibarət xüsusi komissiya tərəfindən aparılıb.

Əvvəlki üç monitorinq də ölkə ərazisində "quş qripi" virusunun olmamasını göstərib.

Bu il dörd monitorinq nəticəsində ev və vəhşi quşların 7 mindən çox qan nümunəsi və patoloji materialı öyrənilib.

Ötən il Dövlət Xidməti Azərbaycanda 12 monitorinq həyata keçirib, 8 mindən yuxarı çöl və ev quşu nümunəsini tədqiq edib və onların heç birində virus daşıyıcısı aşkar edilməyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:[email protected]

Xəbər lenti

Xəbər lenti