Azərbaycan, Bakı, 23 may / Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 23 may tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8223 AZN təşkil edib. Bu barədə birjanın cümə günü yayılan məlümatında deyilir.
BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8227 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 13 472 707 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8223 AZN təşkil edib.
Hər iki sessiyanın nəticələrinə görə ümumi həcm USD/AZN aləti üzrə 16 384 000 ABŞ dolları və ya 13 472 707 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 2 340 571 ABŞ dolları düşür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,50%, ABŞ dolları üzrə isə illik 16,64% təşkil edib.
Gün ərzində banklar arasında həcmi 360 000 USD, müddəti 120 gün və faiz dərəcəsi 16,00% təşkil edən əqd qeydə alınıb.