...

Azərbaycanın sığorta bazarı ilin əvvəlindən 35 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2008 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may / Trend , müxbir U.İsmayılova/ Azərbaycan Maliyyə Nazirliyinin dövlət sığorta nəzarəti şöbəsinin müdiri Namiq Xəlilovun proqnozuna görə, Azərbaycanın sığorta şirkətlərinin məcmu kapitalı ilin sonunadək 200 mln. manata çatacaq.

"Cari ilin birinci rübündə bazarda artım 35 faiz təşkil edib ki, bu da ilin sonunadək sığorta haqlarının bu səviyyədə artımı barədə proqnoz verməyə əsas verir", - deyə Xəlilov bildirib.

Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin yanvar-mart aylarının yekunu üzrə Azərbaycan sığorta şirkətlərinin sığorta haqlar 50,80 mln. manat, sığorta ödəmələri isə 8,45 mln. manat təşkil edib.

Ötən il ərzində Azərbaycan sığorta bazarının artımı 65 faiz təşkil edib. Eyni zamanda,sığorta şirkətlərinin sığorta haqları 147,2 mln. manat, sığorta ödəmələri isə 35,62 mln. manat təşkil edib.

Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir, onlardan biri təkrarsığorta şirkətidir. Ölkədə sığortanın ən məşhur növlərindən biri OSAQO və KASKO-dur.

Məqalə müəllifıi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti