...

2008 -ci ilin beş ayı ərzində birja əməliyyatlarının ümumi dövriyyəsi 3,5 mlrd. manata yaxınlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2008 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend / 2008-ci ilin yanvar-may ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 3 451 320 mln. AZN təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün eyni göstəricisini 291,65% üstələyir. Bu barədə birjanın bazar ertəsi yayılan məlumatında deyilir. Bu əməliyyatların 98,17%-i dövlət qiymətli kağızlarının payına düşür.

Birja fəallığının artımı mütəşəkkil qiymətli kağızlar bazarının bütün seqmentlərində nəzərə çarpmayıb. Azalma, əsasən, korporativ qiymətli kağızlar sektorında müşahidə olunub. Belə ki, səhmlərin ilkin bazarında həcmin azalması 36,62% qədər təşkil edib. Korporativ istiqrazların yerləşdirmə bazarında həcmin azalması 50,73%, təkrar bazar sektorunda isə 99,67% təşkil edib. Ən böyük artım isə, repo əməliyyatları bazarında və Notların təkrar bazarında müşahidə olunub.

Bütün alətlər üzrə BFB-də keçirilmiş hərracların nəticələri üzrə müqayisəli cədvəl

(yanvar-may, 2008)

Bazarın seqmentləri 2008 (31.05.08)AZN 2007 (31.05.07)AZN Faiz nisbəti
DQİ (AR MN) - (yerləşdirmə) 117.904.357,68 51.566.329,48 228,65%
DQİ (AR MN) - (təkrar bazar) 14.786.209,52 11.882.352,46 124,44%
Notlar (AR MB) - (yerləşdirmə) 840.617.778,02 579.024.630,50 145,18%
Notlar (AR MB) - (təkrar bazar) 222.056.611,64 63.085.010,72 352,00%
Repo əməliyyatlar 2.192.794.575,42 323.510.167,24 677,81%
Cəmi DQK bazarı 3.388.159.532,34 1.029.068.490,40 329,25%
Korporativ istiqrazlar - (yerləşdirmə) 10.600.616,50 16.725.470,25 63,38%
Korporativ istiqrazlar - (təkrar bazar) 7.518.550,77 6.264.524,60 120,02%
Səhmlər - (yerləşdirmə) 44.907.916,83 91.151.275,80 49,27%
Səhmlər - (təkrar bazar) 133.732,40 40.179.496,91 0,33%
Cəmi KQK bazarı 63.160.816,50 154.320.767,56 40,93%
CƏMİ 3.451.320.348,84 1.183.389.257,96 291,65%
Xəbər lenti

Xəbər lenti