...

Özbəkistan və Azərbaycan arasında mal dövriyyəsi təxminən üçdə bir dəfə azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2008 13:58 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 05 iyun / Trend , müxbir T.Jukov/ Cari ilin birinci rübündə Özbəkistan və Azərbaycan arasında mal dövriyyəsi həcmi 13,4 mln. dollar təşkil edib. Özbəkistanın Dövlət Statistika Komitəsindən ölkənin Azərbaycan ilə mal dövriyyəsində müsbət saldoya malik olduğunu bildiriblər, lakin ikitərəfli iqtisadi münasibətlər barədə daha ətraflı məlumat verməkdən imtina ediblər.

Ötən il ilə müqayisədə iki ölkə arasında mal dövriyyəsi 28,7 faiz azalıb. Xarici İqtisadi Əlaqələr, İnvestisiyalar və Ticarət Nazirliyinin (XİƏİTN) Baş İnformasiya-Analitika İdarəsinin məlumatna görə, mal dövriyyəsinin kəskin azalması keçmiş UzDAEWOO-Auto zavodunda (2008-ci il martın 18-dən - "General Motors Uzbekistan" QSC BM) istehsal olunan avtomobil və neft emalı məhsulları idxalının azalması ilə əlaqədardır.

XİƏİTN-in məlumatına görə, cari ilin birinci rübündə Azərbaycan məhsullarının Özbəkistana tədarük strukturu kimya məhsulları və plastmas (51,1%), maşın və avadanlıq (34,2%), əlvan metallar, ərzaq malları və xidmətlərindən (14,5%) ibarət olub.

Özbəkistandan əczaçılıq (10%), maşın, avadanlıq və avtomobil (9%), ərazaq məhsulları (10,2%), dəmir yolu nəqliyyatı xidmətləri (67%) üçün kimyəvi məhsullar tədarük olunub.

Respublikanın Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2007-ci ildə Özbəkistan və Azərbaycan arasında mal dövriyyəsi 56,9 mln. dollar təşkil edərək 2006-cı ilin göstəricilərini 0,6 faiz üstələyib. Özbəkistanın ümumi mal dövriyyəsində Azərbaycanın payı 0,4 faiz (2008-ci ilin birinci rübünün yekunları üzrə - 0,3%) təşkil edib. 2005-ci ildə ölkələr arasında mal dövriyyəsi həcmi 135,8 mln. dollar təşkil edib. Respublikanın əsas xarici ticarət tərfdaşları siyahısında Azərbaycan 26-cı yerdə qərarlaşıb və hələ ki, Qafqazda Özbəkistanın əsas ticari-iqtisadi tərəfdaşı olaraq qalmaqdadır.

Xəbər lenti

Xəbər lenti