...

İslam İnkişaf Bankının region nümayəndəliyinə yeni rəhbər təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2008 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir İ.Xəlilova / İslam İnkişaf Bankı (İİB) bankın region nümayəndəliyinin direktoru Nik Zeynal Abidini bank iqtisadçısı Hişam Maaruf ilə əvəzləyib. Bu barədə cümə günü Azərbaycanın İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib. Nümayəndəlik rəhbərinin əvəzlənməsi Abidinin təqaüdə çıxması ilə əlaqədardır. Bununla bağlı o, Azərbaycana səfər edib və hökumətdə görüşlər keçirib.

İİB-nın Azərbaycanda daimi nümayəndəliyi yoxdur və buna görə də ölkədə bank əməliyyatları regional ofis vasitəsilə nizamlanır. Ofis rəhbərinin Bakıda səfərdə olarkən Trend a bildirdiyinə görə, Azərbaycanda nümayəndəliyin açılması məsələsi ölkədə İİB əməliyyatlarının həcmindən asılı olacaq.

İİB-nin Azərbaycanda apardığı əməliyyatların həcmi 300 mln. dollar qiymətləndirilir. Bu vəsait aqrar sektorun maliyyələşdirilməsi, irriqasiya-drenaj sistemi, yol-nəqliyyat infrastrukturu, kiçik və orta biznesin inkişafı və məcburi köçkünlərin infrastrukturunun yaxşılaşdırılmasına yönəldilib.

Üç illik əməkdaşlıq proqramı çərçivəsində, İİB 65 mln. dollardan 100 mln. dollaradək sərmayə ayırmağa hazırdır. Sərmayələr üç kiçik şəhərin (Ağcabədi, Balakən və Beyləqan) su təchizatı və kanalizasiya sistemlərinin bərpası, Bəhram-Təpə avtomobil yolunun yenidən qurulması, məcburi köçkünlər üçün yeni qəsəbələrdə infrastrukturun yaradılması, Şirvan ovalığında kənd yerlərinin inkişafı, Mil-Muğan kollektorunun yenidən qurulması, dağlıq rayonlarda kənd təsərrüfatının inkişafı, həmçinin, kommersiya banklarının kreditləşdirilməsi üçün həyata keçiriləcək layihələrə yatırılacaq.

İyunun 6-na olan rəsmi məzənnə 0,8193 AZN/USD.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti