...

DB Azərbaycanda fiskal davamlılıq üzrə seminar keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2008 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın neft gəlirlərinin artması fonunda həm ölkə hökuməti, həm də beynəlxalq təşkilatlar ölkədə fiskal davamlılığı məsələləri üzrə diqqəti artır. Bununla əlaqədar, Dünya Bankı iqtisadi dövlət strukturlarının nümayəndələri üçün seminar təşkil edir. DB-nin Bakı nümayəndəliyindən çərşənbə axşamı bildiriblər ki, tədbir iyunun 19-20 -də Bakıda keçiriləcək. [Azərbaycanın Dövlət Neft Fondunun gəlirlərinin üç dəfə artacağı və $10 mlrd.-ı ötəcəyi gözlənilir].

Bunun üçün Bankın Azərbaycan üzrə baş iqtisadçısı Kristos Kostopolus Bakıdadır. Tədbirdə büdcə, makroiqtisadi siyasət, büdcə gəlirləri məsələləri əhatə olunacaq.

Hazırda DB Azərbaycan hökuməti ilə ölkə üzrə iqtisadi memorandumun hazırlanmasına dair məsləhətləşmələr aparır. Memorandum bir neçə istiqamətdə iqtisadi vəziyyətin qiymətləndirilməsini əhatə edəcək. Bank Azərbaycanın qeyri-neft sektorunda artım imkanlarını araşdırır və onlar iqtisadi memorandumda öz əksini tapacaq.

Bank hökumət üçün uzunmüddətli və davamlı iqtisadi artıma perspektivin olduğu potensial sektorlar üzrə birgə təkliflər hazırlayacaq. Kənd təsərrüfatı və qeyri-neft sənayesində belə sektorlar ola bilər.

"Bu çox faydalı sənəddir. Hökumətin iqtisadi bloku iqtisadi siyasəti formalaşdırarkən ondan istifadə edə bilər. Belə ki, DB-nin aparıcı iqtisadçılarının araşdırmaları bütün dünyada qəbul edilir", - Milli Bankda hesab edirlər.

İqtisadi memorandum Azərbaycan üçün ilk dəfə hazırlanır. Lakin bəzi ölkələrdə (nümunə kimi Rusiya) belə sənəd daimi buraxılır. İndiyədək DB Azərbaycan hökuməti üçün dövlət xərclərinin icmalını, dövlət alqıları üzrə hesabatlar və s. hazırlayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti