...

Azərbaycan Doing Business-2009-un reytinqində islahatçı ölkələrin iyirmiliyinə yol açıb – ekspert (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2008 18:52 (UTC +04:00)
Azərbaycan Doing Business-2009-un reytinqində islahatçı ölkələrin iyirmiliyinə yol açıb – ekspert (video)

Azərbyacan, Bakı, 19 iyun/ Trend Cap İlin əvvəlindən keçirilən islahatların dərəcəsini nəzərə almaqla, Azərbaycan artıq Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) biznesin aparılması üzrə hazırki reytinqində Doing Business-2009-da islahatçı ölkələrin, onluğuna olmasa da, iyirmiliynə düşə bilər.

2008-ci il yanvarın 1-dən Azərbaycanda sahibkarlıq fəaliyyəti subyektləri üçün "vahid pəncərə" prinsipi üzrə biznesin aparılmasına dair sadələşdirilmiş medot fəaliyyət göstərir. Vahid biznesin qeydiyyatı orqanının tətbiqi ilə ölkədə yeni iş açılması proseduru çox asanlaşdırılıb. Bu orqanın səlahiyyətləri isə, Azərbaycanın Vergilər Nazirliyinə verilib.

Yeni sistemin tətbiqi sahibkarlıq fəaliyyətinin qeydiyyatı prosedurlarının sayını 3 dəfə, qeydiyyat dövrünü isə, 20 dəfə azaltmağa imkan verib. İndiyədək yeni biznesin başlanılması üçün Vergilər, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərində, Dövlət Statistika Komitəsi, Sosial Müdafiə Fondunda sənədlərin toplanılması üzrə 15 prosedurdan keçmək, 33 sənəd təqdim etmək tələb olunurdu. Qeydiyyat dövrü 72 gün idi. Vahid orqanda qeydiyyata başlayandan, ümumi sayı beş olan sənədlər hazır olduqdan sonra üç gün kifayət edir.

Bu sistemin tətbiqi ilə əlaqədar, 12 sənədə əlavə və düzəlişlər, 10 qanunverici aktda düzəlişlər edilib. Əvvəllər qeydiyyat dövründə 500-ə yaxın dövlət qulluqçusu iştirak edirdisə, hazırda ümumilikdə respublika üzrə Vergilər Nazirliyinin 85 əməkdaşı iştirak edir. Son informasiya texnologiyalarında qurulmuş sistem bütünlüklə avtomatlaşdırılıb və tam təhlükəsiz və məxfi məlumat mübadiləsini təmin edir.

Vergilər Nazirliyinin məlumatlarına görə, Azərbaycanda "vahid pəncərə" sisteminin tətbiqindən sonra, 2008-ci ilin yanvarı ərzində dövlət qeydiyyatından keçən sahibkarların sayı 1 886 nəfər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ilin üç ayı ərzində cəmi 1270 yeni hüquqi şəxs qeydiyyatdan keçib. Bu o deməkdir ki, sahibkarlar hüquqi şəxslərin yaradılmasında maraqlı olmayıblar. Bunun səbəbi bürokratik maneələr olub. Beləliklə, "vahid pəncərə" prinsipinin tətbiqi ilə Azərbaycanda biznes subyektlərinin qeydiyyatı zamanı çoxpilləli, bürokratik maneələrlə dolu yeni biznesin qeydiyyatı sisteminə son qoyulub. Digər tərəfdən isə, vergi ödəyicilərinin bazası genişlənir və bu, digər vergi növlərindən vergi daxilolmalarının nəzərəçarpacaq dərəcədə artmasına təsir edəcək.

Biznesin qeydiyyatı zamanı "vahid pəncərə" prinsipinin tətbiqinin rahatlığı ona səbəb olub ki, ölkənin digər strukturlarında da fəaliyyət prosedurlarını asanlaşdırmaq qərarına gəliblər. Hazırda tikinti icazələri, daşınmaz əmlakın qeydiyyatı, sərmayədarların hüquqlarının müdafiəsi, əmək qanunvericiliyinin liberallaşdırılması və vergi inzibatçılığı üzrə sahələrdə "vahid pəncərə"nin tətbiqi üzrə iş aparılır. Gələcəkdə biznesin qapadılması və transsərhəd ticarəti sahələrində tədbirlərin keçirilməsi planlaşdırılır. Bu islahatları nəzərə almaqla, Doing Business-in cari hesabatında Azərbaycan öz mövqelərini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaq. Doing Business-in 2008-ci il üzrə icmalında Azərbaycan 96-cı yeri tutub.

Ellada Xankişiyeva, Trend Captial Analitik Mərkəzin direktoru

Xəbər lenti

Xəbər lenti