...

Mərkəzi Avropa Bankı faiz dərəcəsini artırıb - Jan Klod Trişe

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2008 20:24 (UTC +04:00)
Mərkəzi Avropa Bankı faiz dərəcəsini artırıb - Jan Klod Trişe

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir A.Bədəlova/ Mərkəzi Avropa Bankı (MAB) cümə axşamı keçirilən iclasda faiz dərəcəsinin faiz bəndinin dörddə biri qədər, yəni 4,25 faizə qədər artırılması barədə qərar qəbul edib.

MAB -nın rəhbəri Jan -Klod Trişenin iclasın yekunu üzrə "Vesti" telekanalında birbaşa yayımlanan mətbuat konfrasında bildirdiyinə görə, qərar günlük örta dövrdə bazarda stabilliyin pozulması mümkünlüyünün qarşısının alınması məqsədilə qəbul olunub.

Avropanın "Eurostat" statistika agentliyinin ilkin məlumatlarına əsasən, Avropa zonasının istehlakçı qiymətləri göstəricisi illik hesablamalar üzrə 3,7 faizdən 4 faizə qədər artıb. Bu göstərici MAB -nın iki faiz təşkil edən məqsədli inflyasiya səviyyəsini bir qədər ötür.

"Ötən ilin payızından Avropada inflyasiya tempi artıb və gözlənildiyi kimi, stabillik üçün lazım olan səviyyəni əhəmiyyətli dərəcədə üstələyəcək", - deyə Trişe bildirib.

MAB -nın rəhbəri bildirib ki, bankın qiymətləndirməsinə görə, günlük orta perspektivdə bazarın stabilliyini saxlamaq mümkün olacaq. Lakin onun sözlərinə görə, 2008 -ci ildə valyutanın əlavə olaraq zəifləməsi gözlənilir.

"Günlük orta perspektivdə qiymətin foromalaşması üzrə stabilliyə dəstək göstərmək bizim əsas vəzifəmizdir. Bizim məqsədimiz günlük orta və uzunmüddətli inflyasiya gözləmələrini təmkinli qaydada dəstəkləməkdən ibarətdir ki, bu da alıcılıq qabiliyyətini möhkəmləndirəcək və Avropa zonasında iqtisadiyyat və məşğulluğun əhəmiyyətli stabil artımına yardım göstrəcək", - deyə Trişe bildirib.

Bu gün Amerika valyutası iki aylıq minimumun yeni səviyyəsinə çatıb. Avronun məzənnəsi cüzi dərəcədə artıb və hazırda 1,5857 dollar təşki edir.

MAB rəhbərinin sözlərinə görə, xəzinə siyasəti bu günkü qərar əsasında qarşıya qoyulan məqsədlərə çatmağa yardım göstərəcək.

Xəbər lenti

Xəbər lenti