...

Bakı Fond Birjasında DQİ-nin əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2008 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul / Trend / 10 iyul 2008 -ci il tarixdə, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10501420S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Birjanın cümə günü yayılan məlumatında bildirilir.

Bir sərmayədar tərəfindən təqdim olunan sifarişin nominal üzrə məbləği 2 670 800 manat təşkil edib. Sifariş 92.32% (gəlirlik 11.50%) qiymətdə təqdim edilib.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 92.32% (gəlirlik 11.50%) orta ölçülmüş qiymət - 92.32% (gəlirlik 11.50%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 670 800 manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 31 mart 2009-cu ildir.

Xəbər lenti

Xəbər lenti