...

Azərbaycanda sığorta ombudsmanı institutu yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul/ Trend , müxbir Ü.İsmayılova/Azərbaycanda sığortaçıların hüquqlarının müdafiəsi üzrə pulsuz xidmətlərin təqdim edilməsi məqsədilə sığorta ombudsmanı institutu yaradılacaq, - Azərbaycan Maliyyə Nazirliyinin Sığorta nəzarəti şöbəsinin müdiri Namiq Xəlilov deyib.

Onun sözlərinə görə, dövlət təşkilatı olacaq bu institutun yaradılması ilə bağlı qərar sığorta edən və sığortaçılar arasında yaranan mübahisələrin effektiv həll edilməsi və Azərbaycan sığorta bazarında etibar və şəffaflığın yaradılması üçün qəbul olunub.

Xəlilov institutun yardılması ilə bağlı dəqiq tarixi deməyib. Lakin "bunun ən vacib planlar siyahısına daxil olduğunu" bildirib.

Sığorta ombudsmanı - məkməyə gedib çatmayan, sığorta edən təşkilat və sığortaçılar arasında qarşılıqlı münasibətləri tənzimləyən faktiki fiziki şəxsdir. Məsələn, Böyük Britaniyada ombudsman bürosu sığorta bazarını özütənzimləyən alətlərdən biridir.

Xəbər lenti

Xəbər lenti