...

Bakı Banklararası Valyuta Birjası iyulun 23 - nə olan ticarətin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2008 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, iyulun 23 - də USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8055 AZN təşkil edib. Bu barədə Birjanın çərşənbə günü yayılan məlumatında deyilir.

BEST sistemində keçirilən səhər sessiyasinin açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8033 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 2 416 500 AZN təşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən 0.0022 bənd düşüb və 0,8055 AZN təşkil edib.

BEST-in gündüz sessiyanda USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 13 358 412 AZN təşkil edib. Gündüz sessiyasinin nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8055 AZN təşkil edib.

Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $19 584 000 və ya 15 774 912 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 1 506 462 ABŞ dolları düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə, dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,71%, ABŞ dolları üzrə isə, illik 14,94 % təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti