...

Bakı Banklararası Valyuta Birjası yaranmasının 15 illiyini qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2008 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul/ Trend / Bakı Banklararası Valyuta Birjası (BBVB) yaranmasının 15 illiyini qeyd edir.

1993-cu il iyulun 26-da Azərbaycanda valyuta birjasının yaradılması təşəbbüsü ölkənin Milli Bankı və dövlət kredit idarələri - Beynəlxalq, Əmanət, Sənaye-İnvestisiya və Aqrosənaye bankları tərəfindən irəli sürülüb. Maliyyə sisteminin əhəmiyyətli hissəsinə çevrilən BBVB, fəaliyyətinin ilkin mərhələsində əsas etibarilə nizamlı valyuta bazarının formalaşdırılması məqsədini güdürdü. Gələcəkdə maliyyə xidməti növlərinin genişləndirilməsi, birja meydançasının formalaşdırılması üzrə universallıq prinsipini isə əvvəlcədən müəyyənləşdirdi.

BBVB-nin və onun səhmdarlarının ölkədə ilk dəfə həyata keçirdiyi layihələrdən, Maliyyə Nazirliyinin Dövlət qısamüddətli istiqrazların emissiyasının dövriyyəsinə göstərilən xidməti, səhmlər bazarında ilk sövdələşmələrin təşkilini, qiymətli kağızların depozitariyasının yaradılmasını, fond bazarında mühasibat uçotu əməliyyatlarının standartlarının təsdiq edilməsini,  listinq üzrə xüsusi Komissiyanın təsis edilməsini, ilk banklararası kredit hərraclarını və universal ticarət-hesablaşma birja kompleksinin fəaliyətə başlamasını qeyd etmək olar.

Sonuncu xidmət 2001-ci ildə fəaliyyətə başlayan və Qafqazda ən birinci ticarət sistemi olan "BEST" məlumat-ticarət sisteminin bənzəridir.

İyulun 25-nə bütün birja bazarlarında baş tutan sövdələşmələrin yuvarlaşdırılmış həcmi artıq $1,74 milyardı ötüb ki, bu da ötən ilin dövriyyəsinin 93 faizini təşkil edir.

Eyni zamanda 15 il ərzində birjada 4500-dən çox sövdələşmə iclasları keçirilib. BBVB-nin ümumi ticarət dövriyyəsi isə $10 milyardı ötüb.

Bu bir daha sübut edir ki, BBVB-nin elektron sistemi həm gələcək inkişaf, yeni iştirakçıların cəlb edilməsi, həm də aparılan əməliyyatların həcminin artırılması nöqteyi-nəzərindən kifayət qədər potensiala malikdir.

Xəbər lenti

Xəbər lenti