...

ABŞ səfiri Ənn Dörsi Cənub bölgəsinə səfər edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2008 02:16 (UTC +04:00)

Azərbaycan, Lənkəran. 27 iyul / Trend , müxbir P.Əliyeva/ Amerikanın Azərbaycandakı səfiri xanım Ənn Dörsi Cənub bölgəsinə səfəri çərçivəsində Masallının Çaxırlı kəndində ABŞ-ın İnkişaf agentliyinin(USAİD) İcma İnkişafı Fəaliyyəti çərçivəsində CHFin maliyyə dəstəyi ilə ümumi dəyəri 25 min ABŞ dolları olan süd toplama məntəqəsinin açılışında iştirak edib. Səfir məntəqənin açılması fermerlər üçün daimi gəlir mənbəyini və süd bazarını təmin edəcəyini, südün keyfiyyət standartlarını artıracağını və Çaxırlı icmasında yerli iqtisadi inkişafa dəstək olacağını söyləyib.

O, kəndin bir neçə fermerinin təsərrüfatı ilə tanışlıq məqsədilə fermalarına baş çəkilib.

Sonra səfir və digər qonaqlar Lerik rayonuna gələrək burada yol bərpası layihəsinin icrası ilə də tanış olublar. Qeyd edək ki, Lerikə gedən əsas yolun 20-ci km-dən - Piran kəndindən dağlıq kəndlərə yol başlayır. Hamarat kəndində bitən 10 böyük kəndi və 16 kiçik kəndləri birləşdirən çox bərbad vəziyyətdə olan 18-kilometrlik yolun 12 km qreyderlə hamarlanaraq, suyun axıb yolu zədələdiyi yerlərdə 42 drenaj xətt çəkilərək yol torpaq çınqıl ilə örtülüb. Ümumi dəyəri 168 min 100 dollar olan bu yolla sakinlər məhsullarını bazara daşınmanı, nəqliyyatdan, məktəb, xəstəxana kimi sosial obyektlərdən istifadələrini asanlaşdırdığını söyləyiblər.

Səfir xanım Astaranın Təzəkənd kəndinə gələrək burda suvarma sisteminin bərpası layihəsinin gerçəkləşməsi ilə də maraqlanıb. Qeyd edək ki, layihə çərçivəsində smeta dəyəri 23 min 874 manat olan su nasosu stansiyası tikilərək 4,5 km su xətləri bərpa olunub və nəticədə 1468 icma üzvü suvarma suyu ilə təmin edilib. Ənn Dörsi layihələrin həyata keçməsində ıcma üzvlərinin əzmkarlıq göstərdiyini qeyd edib.

Nəinki hökumətlər arasında, həmçinin Azərbaycan xalqı ilə ABŞ xalqı arasında əməkdaşlığın və tərəfdaşlığın mövcudluğunu sübut etdiyini deyən xanım Dörsi gələcəkdə Amerikalı turistlərin cənub bölgəsinə gələrək heyran olacaqlarını söyləyib.

Cənub bölgəsinə səfərdə USAİD-nin Avropa və Asiya ölkələri üzrə Administrator müavini Ken Yamaşita,CHF təşkilatının direktoru Zoran Radiç və hər iki təşkilatın bir neçə nümayəndəsi layihələrlə bağlı çıxışlar ediblər.

Xəbər lenti

Xəbər lenti