Azərbaycan, Bakı, 06 avqust/ Trend Cap , müxbir İ.Xəlilova/ Beynəlxalq Maliyyə Korporasiyası (İFC) Mərkəzi Asiya və Azərbaycanda ipoteka kreditləşməsi üzrə layihənin realizəsinə başladığını elane dib. Bu barədə çərşənbə günü Korporasiyanın layihə qrupundan məlumat veriblər. Layihənin məqsədi Azərbaycanın, Qazaxstanın, Qırğızıstanın və Tacikistanın kommersiya banklarına öz ipoteka proqramlarının həyata keçirməsində və ya təkmilləşdirilməsində məsləhət xidmətləri göstərməkdir.
Mərkəzi Asiya və Azərbaycanın bankları ipoteka proqramlarının inkişafı üçün birbaşa yüksək keyfiyyətli məsləhət xidmətlərinin alınmasında maraqlı olduqlarını bildiriblər.
"Bu layihə ipoteka kreditləşməsinin qabaqcıl təcrübələrini yerli kommersiya banklarında tətbiq edərək, yerli ipoteka bazarında uzunmüddətli inkişaf və etibarlılıq üçün təməlin yaradılmasına kömək göstərəcək. Hazırda bazardakı qeyri-stabillik müşahidə olunduğu zaman bu, xüsusilə əhəmiyyətlidir," - Mərkəzi Asiya və Azərbaycanda ipoteka kreditləşməsi üzrə layihənin rəhbəri Qars Bedford qeyd edib.
Qazaxıstan öndə olmaqla, nəzərdə tutulan ölkələrin bank sektorları ipoteka kreditləşməsi sahəsində təcrübə baxımından müxtəlif səviyyələrdə fəaliyyət göstərirlər. Lakin Qazaxıstan bankları dərk edirlər ki, portfellərinin keyfiyyətini təmin etmək və gələcək sekuritizasiyaya təməl üçün təkmilləşdirmə işləri görülməlidir. IFC bankların bu dəyişiklikləri tez bir zamanda həyata keçirmələri üçün tələb olunan vasitələri onlara təqdim etməyə hazırdır. Bu vasitələrə, xüsusilə hər bir bankın öz tələblərinə uyğunlaşdırılmış məsləhət xidmətlərinin göstərilməsi, o cümlədən məhsulun hazırlanmasında və yaradılmasında, anderaytinq və xidməti prosedurların hazırlanmasında kömək göstərilməsi daxildir.
"IFC 3 ildir ki, Mərkəzi Asiyanın və Azərbaycanın ilkin və ikinci dərəcəli ipoteka sektorunu inkişaf etdirməyə doğru çalışır və bu layihə Mərkəzi Asiya və Azərbaycanda həm yerli, həm də beynəlxalq səviyyədə işləmək üçün etibarlı və yararlı hesab edilən ipoteka bazarının yaradılmasında banklara kömək göstərməklə, bu səyləri davam etdirəcəkdir," - Cənubi Avropa və Mərkəzi Asiya üzrə IFC-nin Məsləhət Xidmətlərinin Əməliyyatlar üzrə Baş Meneceri Rolf Berndt qeyd edib.
Hazırda Korporasiya "İpoteka istiqrazları haqqında" Qanun layihəsinin hazırlanmasında Azərbaycan Milli Bankına, ölkədə ipoteka kreditləşməsinin bazar inkişaf modeli üzrə biznes-planın hazırlanmasında Azərbaycan İpoteka Fonduna texniki yardım göstərir. Texniki yardımla yanaşı, İFC ipotekanın inkişafı üçün 4-5 yerli banka $40 mln. vəsait ayırmağa hazırdır. Əvvəllər UniBank-a 7 il müddətdə $15 mln. təqdim edilib. Sonra $5 mln. Azerdemiryolbank tərəfindən təqdir edilib. Ölkədəki ipoteka portfeli 300 mln. avronu ötmür. Ümumlikdə isə, portfelin potensialı 1, - 1,5 mlrd. avro qiymətləndirilir.
Cari mübadilə məzənnəsi -- 0,8093 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]