Azərbaycan, Bakı, 11 avqust / Trend / Cari ilin avqust ayının 12-də saat 11:00-dan 12:30-dək, BFB-də qeydiyyat №-si 10204920S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında bildirilir.
DQİ-nin ümumi həcmi 5 000 000 AZN, bir istiqrazın nominal dəyəri 200 AZN, istiqrazların tədavül müddəti 91 gün, ödəmə tarixi 11 noyabr 2008 -ci ildir.
Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.