Azərbaycan, Bakı, 18 avqust/ Trend Cap müxbir İ.Xəlilova/ Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə ölkədə biznes-iqlimin təkmilləşdirilməsi layihəsinin realizəsinə başlanılması ilə bağlı Memorandum imzalayır. Bu barədə bazar ertəsi Korporasiyadan məlumat veriblər. İmzalama mərasimi avqustun 19- da, BMK-nın Baç icraçı direktoru, Dünya Bankının özəl sektor üzrə icraçı vitse-prezidenti Lars Tunnelin Bakıya səfəri zamanı keçiriləcək.
Layihə BP şirkəti və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən birgə realizə olunur.
Proqram beş ilə nəzərdə tutulub. O, ölkə sahibkarları üçün biznes-iqlimin yaxşılaşdırılması yolu ilə davamlı və hərtərəfli iqtisadi artımın dəstəklənməsini nəzərdə tutur. Layihənin əsas məqsədi sahibkarların fəaliyyətində tənzimləyici maneələrin azalması, kiçik və orta sahibkarlıq arasında sorğu yolu ilə biznes-iqlimin monitorinqinin aparılması, maarifləndirmə işi aparmaqla, sahibkarların hüquqi biliklərinin artırılmasıdır.
Azərbaycan hökuməti 2007-2008 - ci illərdə "vahid" pəncərə prinsipinin tətbiqi ilə sahibkarlıq fəaliyyətinin qeydiyyatı prosesində islahatlara başlayıb. Bundan əlavə, lisenziyalaşdırma və tikililərə icazələrin verilməsi sisteminin təkmilləşdirilməsi, sərmayədarların hüquqlarının müdafiəsi üzrə iş aparılıb , vergi sistemi və əmək fəaliyyəti sahəsinə dəyişikliklər edilib.
BMK bəzi inzibati prosedurların sadələşdirilməsi və sahibkarlıq fəaliyyətinə başlanılması üçün əsas tənzimləyici maneələrin aradan qaldırılmasında islahatlara dəstək göstərməyə hazırdır. Korporasiya xüsusilə də, qanunvericiliyin (təkmilləşdirildikdən sonra), tənzimləyici lisenziyalaşdırma sistemi tətbiqində və icazələrin verilməsində hökumətə yardım göstərəcək.
Seco biznes-iqlimin təkmilləşdirilməsi üçün hökumətə $4,3 mln. qrant təqdim edib.
BMK MDB ölkələrində biznes-iqlimin təkmilləşdirilməsi layihələri vasitəsilə dəyişikliklər etməyə və 11 əsas qanun- qaydanın qəbuluna yardım edib ki, bu da kiçik və orta sahibkarlara $93 mln. qənaət etməyə imkan verib.
Avqustun 18-nə olan cari məzənnə -- 0,8146 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap