Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir E.İsmayılov/ Azərbaycan dəmir yolunun Qızılburun -Gilgilçay sahəsində (şimal istiqaməti) qatarların hərəkəti cümə axşamı günün ikinci yarısında tam normallaşdırılıb. Bu barədə Azərbaycan Dövlət Dəmir Yol İdarəsindən cümə axşamı bildriblər.
Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun tikintisi çərçivəsində, 2546 - cı kilometrdə dəmir yolu xəti üzərindən yeni 33 metrlik keçidin tikintisi ilə əlaqədar, dünən (Bakı vaxtı ilə saat 07:00 - 16:00-da) və bu gün (10:00 - 16:00) bu istiqamətdə qatarların hərəkəti dayandırılıb.
DDYİ-dən bildriblər ki, indi bu istiqamətdə hərəkət normal rejimdə həyata keçirilir.
Bakı - Quba-Rusiya sərhədi beton yol sahəsinin tikintisi layihəsi AYİB-in maliyyə dəstəyi ilə həyata keçirilir. Avtomagistralın ümumi uzunluğu 208 km təşkil edir, lakin yenidənqurmadan sonra onun uzunluğu 198 kilometrədək azaldılacaq. Beton yolun tikintisi avtomagistralın 16 -134 - cü kilometrlərində həyata keçirilir.
Bu layihənin ilkin dəyəri $400 mln. olub. Lakin beton yolun tikintisi haqqında qərarın qəbul edilməsi layihənin $800 mln.-dək bahalaşmasına gətirib.
Yolun tikilən sahəsi boyunca 21 körpü, 10 yol qovşağının tikintisi nəzərdə tutulur. Bu istiqamətdə böyük həcmdə yük daşınmaları ilə əlaqədar beton örtüyün qalınlığı 28 sm təşkil edir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: capital