...

Avropa Mərkəzi Bankı faiz dərəcəsini dəyişməz saxlayacaq – Britaniya şirkəti

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2008 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr/ Trend Cap , müxbir A.Bədəlova/ Britaniyanın iqtisadi tədqiqatlar üzrə konsaltinq şirkəti Capital Economics Avrozonada baza faiz dərəcəsinin dəyişməz qalacağını proqnozlaşdırır.

Avropa Mərkəzi Bankının (AMB) növbəti iclası sentyabrın 4 - də keçiriləcək. Avropa Mərkəzi Bankı 2007-ci ildən bəri ilk dəfə olaraq inflyasiya ilə mübarizə məqsədilə, iyul iclasında uçot dərəcəsini 0,25 bənd artırıb. Bu gün illik dərəcə 4,25 faiz səviyyəsindədir və bu, son yeddi ildə maksimum həddir. Bankın məqsədli inflyasiya səviyyəsi 2 faizdir.

Captial Economics-in analitiklərinin rəyinə görə, AMB artan inflyasiya riskləri ilə bağlı hələ də narahatdır, Avrozonada işgüzar fəallığın azalması AMB - nin faiz dərəcəsini artırmaq imkanlarını istisna edir.

"2009 - cu ildə faiz dərəcəsinin kəskin azalmasına dair proqnozlarımızı təsdiqləyən və bir müddət əvvəl baş verən işgüzar fəallıq azalsa da, AMB hərəkət edənədək bir neçə ay keçəcək", - Britaniya şirkəti analitiklərinin məruzəsində bildirilir.

Analitiklərin proqnozlarına əsasən, 2009 - cu ildə AMB-nin faiz dərəcəsi 3 faizədək azalacaq.

Avrostatın ilkin məlumatlarına əsasən, Avrozonada inflyasiya cari ilin avqustunda illik hesablamada 3,8 faiz ,iyulda isə 4,1 faizə bərabər olub.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) proqnozuna əsasən, 2008 - ci ildə Avrozonada iqtisadi artım 1,3 faiz olacaq. Əvvəllər bu regionda artım göstəricisinin 1,7 faiz olacağı proqnozlaşdırılırdı.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan sap

Xəbər lenti

Xəbər lenti