...

Azərbaycanın lizinq şirkəti portfelini təqribən 45 milyon dollara çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2008 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir Ü.İsmayılova/ Yüz faizlik Latviya kapitalına malik Azərbaycanın iri lizinq şirkətlərindən biri olan "Parex Leasing & Factoring"in portfeli yanvar-iyul aylarının yekunu üzrə 46,9 mln. dollar təşkil edib. Bu barədə çərşənbə axşamı şirkətdən məlumat verilib.

Şirkət portfelinin iqtisadiyyat sahələri üzrə paylanması: daşınmaz əmlak - 15 faiz, minik avtomobilləri - 15 faiz, avadanlıq - 11 faiz, yük avtomobilləri - 21 faiz, xüsusi texnika - 38 faiz.

"Parex Leasing and Factoring" 2005-ci ilin mart ayından fəaliyyət göstərir və Latviyanın iri "Parex Bank"nın törəmə şirkətidir. Bankın lizinq şirkətləri Moskva, Sankt-Peterburq, Kiyev, Minsk, Tallin və Vilnüsdə fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti