...

Gürcüstan Türkiyəyə elektrik enerjisi ixracını davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2008 19:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan Türkiyəyə elektrik enerjisi ixracını davam etdirir. Bu barədə elektrik enerjisi sisteminin kommersiya operatorunun mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 10-na olan məlumatlara görə, Türkiyəyə sutkada 1,9 mln. kVt/saat elektrik enerjisi tədarük olunur.

Azərbaycan ilə də sutkada təqribən 0,18 mln. kVt/saatlıq mübadilə aparılır.

Gürcüstanın Su Elektrik Stansiyalarında enerji istehsalı gündə 22,55 mln. kVt/saat təşkil edir, bu həcmin 13, 296 mln. kVt/saatı "İnquri" SES-in payına düşür.

Xəbər lenti

Xəbər lenti