...

Azərbaycanın bankı kapitallaşma vasitəsilə likvidlik problemini həll etməyə çalışır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2008 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr/ Trend , müxbir N.İsmayılova/ Dünya maliyyə böhranı nəticəsində Azərbaycanın bank sisteminin də üzləşdiyi likvidlik probleminin həlli üçün, yerli banklar əlavə vəsaitlərin cəlb edilməsinin müxtəlif yollarını axtarırlar.Yaranmış vəziyyət nəticəsində onların bəziləri kreditləşmə templərini azaldıb, bəziləri isə, ümumiyyətlə, kreditlərin verilməsini dayandırıblar.

"United Credit Bank (UCB) səhmlərin yeni emissiyasının satışından əldə ediləcək vəsaitləri kreditləşmə həcminin artırılmasına yönəltmək niyyətindədir", - bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyev bazar ertəsi bildirib.

"Bank ilin sonunadək Nizamnamə kapitalını 10 mln. manat artırmağa hazırlaşır və bu vəsaitlər kreditləşməyə yönəldiləcək", - o qeyd edib.

Əksər banklar kimi, UCB - də kreditlərin verilməsi həcmini azaldıb və onları, əsasən, əvvəllər artıq müqavilə bağladığı müştərilərə təqdim edir. Əliyev  bu azalmanı cəlb edilən vəsaitlərin həcminin azalması ilə izah edib. Vəziyyət yalnız ilin sonuna -- United Credit Bank səhmlərin emissiyasının yerləşdirilməsindən vəsait əldə etdikdən sonra yaxşılaşa bilər. Bankın strategiyasına əsasən, 2008 - ci ilin sonunadək kredit portfelini 30 mln. manata çatdırmaq planlaşdırılır. Avqustun 1-nə olan vəziyyətə görə,  kredit portfeli 23,42 mln. manata bərabər olub.

Sentyabrın 1 - nə UCB - nin aktivləri 32 mln. manat, Nizamnamə kapitalı 12,1 mln. manat, məcmu kapitalı isə, 13,5 mln. manat təşkil edir.

Oktyabrın 6 - na olan cari mübadilə məzənnəsi -- 0,8101 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti