...

TRACECA ölkələri infrastruktur layihələrini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2008 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr/ Trend / İnfrastruktur layihələrin müəyyənləşdirilməsi oktyabrın 9-da Brüsseldə Qara dəniz və Xəzər dənizi hövzəsi ekspertlərindən ibarət işçi qrupunun iclasında müzakirə ediləcək, - Azərbaycan Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

İclas TRACECA hökumətlərarası komissiyanın daimi katibliyinin milli katiblərinin görüşü çərçivəsində keçiriləcək.

Işçi qrupunun birinci iclasında TransAvropa şəbəkəsinin genişləndirilməsi məsələləri müzakirə ediləcək: yeni inkişaf, planlaşdırma, infrastruktur layihələrin tətbiqi, TRACECA layihələrinin maliyyələşdirilməsinin foruma təqdim edilməsi, layihələrin müəyyənləşdirilməsi, onların həyata keçirilməsinin üsul və şərtləri.

İclasda TRACECA hökumətlərarası komissiyasının VII sammitinə hazırlıq və digər məsələlərin də müzakirəsi planlaşdırılıb.

TRACECA layihəsinin iştirakçıları Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarstan, Moldova, Ukrayna, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Ermənistandır.  

Xəbər lenti

Xəbər lenti