Azərbaycan, Bakı, 08 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Dünya maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsiri cüzi olacaq. Ölkənin maliyyə bazarındakı hadisələr daha çox psixoloji xaraketr daşıyır və maliyyə problemləri ilə bağlı deyil", - Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev çərşənbə günü bildirib.
Nazirin rəyinə görə, Azərbaycanın maliyyə imkanları, həmçinin, neft və qaz ehtiyatının olması ölkəyə maliyyə böhranını yüngül keçirməyə imkan verir.
"Lakin xarici kreditlərin bahalaşması ilə əlaqədar, bu gün bank sistemi üçün müəyyən təsir hiss olunur, - nazir bildirib. - Azərbaycanın bankları artıq belə vəziyyətə alışıblar;vəsaitlərin alınması üçün ucuz mənbələr mövcud deyil".
Xarici kreditlərin bahalaşması ilə əlaqədar, Azərbaycanın bankları likvidlik problemi ilə üzləşiblər və bu, onları kredit siyasətlərinə yenidən baxmağa məcbur edib.
Azərbaycan hökuməti dünya bazarlarında maliyyə böhranının təsiri altında azalmaqda olan neftin qiymətinə dair proqnozların dəyişdirilməsinə zərurət görmür. Azərbaycanın 2009 - cu ilin dövlət büdcəsi və makroiqtisadi göstəriciləri bir barelə görə $70 qiymət üzrə formalaşdırılıb. Dünya analitiklərinin rəyinə görə, dünya bazarlarında neftin qiyməti $80 -90 civarında dəyişəcək.
"Düşünürəm ki, neft və qazın istehlak həcminin azalması baş verəcək və bu, qiymətləri bir barelə görə $90 -100 səviyyəsində saxlamağa imkan verəcək, - Babayev bildirib. Təəssüf ki, bu gün neftin qiymətlərinin formalaşdığı bazarda spekulyativ əməliyyatlar aparılır. Bu əməliyyatlar, bir tərəfdən qiymətlərin azalmasına yönələrək, digər tərəfdən isə, neftin qiymətinin artmasına təsir göstərsə də, Azərbaycan üçün problemlər yaratmır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]