...

Azərbaycan Yuşşenkonun Buşla görüşünü, seçki və NATO- ya üzvlük vədini izləyir -  The Heritage Foundation-in analitiki Ariel Koen

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2008 19:46 (UTC +04:00)

The Heritage Foundation-in (ABŞ) Baş elmi əməkdaşı, politoloq Ariel Koen, xüsusi olaraq Trend üçün

Azərbaycandakı siyasətçilər dərin narahatlıqla Ukraynadakı hadisələri izləyirlər. Gürcüstan müharibəsindən sonra Rusiya və Ukrayna arasındakı qarşıdurma rusların postsovet məkanında hərbi gücdən istifadə edəcəklərini, təzyiq və separatçı hərəkatların dəstəklənməsi ilə Azərbaycanı təhdid edə biləcəklərini bir daha təsdiqləyib.
 Bakı, Buş administrasiyasının son günlərində prezident Viktor Yuşşenkonun Vaşinqtona sərəfini diqqətlə izləyib. Bu səfərdən mühüm dərslər almaq olar. 
Partiyasını hazırda əhalinin 10-14 faizinin dəstəklədiyi Yuşşenko sentyabrın 29-da Vaşinqtondakı Amerika-Ukrayna "İşgüzar Şurası"nın (USUBC) keçirdiyi səhər yeməyi vaxtı görüşdə Ukrayanın qarşısında dayanan başlıca siyasi və iqtisadi məsələləri səsləndirib. Burada Amerikanın ən iri korporasiyalarının yüksək vəzifəli nümayəndələri və xüsusi qonaqlar iştirak edib.

Yuşşenko Ukraynanın NATO ÜFP-yə qoşulması istəyində möhkəmdir və Rusiyanın Krımda hərbi iştirakının əleyhinə çıxış edir. Hər iki məsələ Moskva üçün qırmızı bayraqdır.

Yuşşenko bildirib ki, Ukraynanın seçimi var: Qərb və Şərq arasında hazırki vəziyyətdə ilişib qalmaq və ya Avropa və Avroatlantik inteqrasiyaya keçmək. O yenidən bəyan edib ki, Ukrayna NATO - nun üzvü olmalıdır.
Gürcüstandakı böhran sübut edib ki, NATO şərqə doğru genişlənməlidir, - o bildirib. Prezident qeyd edib ki, Şimali Atlantika Alyansına qoşulmaq məsələsi üzrə referendum keçiriləcək. Bu, belə çətin problemin ən demokratik həlli üsulu olacaq. Bu gün ukraynalıların əksəriyyəti bloka daxil olmağı dəstəkləmir.

Yuşşenkonun sözlərinə görə,  indiyədək heç kim Ukraynaya NATO - ya daxil olmağı təklif etməsə də, ölkə Üzvlük üzrə Fəaliyyət Planı (ÜFP) şəklində dəvət almaq üçün blokun dekabr iclasınadək  qalan vaxtdan istifadə etməlidir. Prezident Yuşşenko hesab edir ki, UkraynanınAvroatlantik kollektiv təhlükəsizlik sisteminə qoşulmaqdan başqa alternativi yoxdur. Lakin onun Baş naziri Yuliya Timoşenko və müxalifətin lideri, keçmiş Baş nazir Viktor Yanukoviç prezident Vladimir Putin və prezident Dmitri Medvedyevlə məsləhətləşmələr üçün bir neçə dəfə Moskvaya səfər ediblər. Yuşşenko onların səfərləri və NATO-ya üzvlüyə müqavimət göstərmələrini tənqid edib.

O bəyan edib ki, Ukrayna Konstitusiyasına əsasən, ölkə ərazisində xarici bazalar olmamalıdır. Bu o deməkdir ki, Ukrayna Alyansa qoşularsa, NATO - nun ölkə ərazisində bazası olmayacaq. Lakin eyni zamanda Qara dəniz Donanması da Sevastopolu tərk etməlidir ki, Moskva qəti şəkildə bunun əleyhinədir.

Sevastopol hərbi - dəniz bazasının icarə müddəti 2017-ci ildə başa çatır. Lakin, bazanın sərhədləri indiyədək müəyyənləşdirilməyib və onun ərazisi çox böyükdür.
 Yuşşenko əlavə edib ki, Qara dəniz regionu qeyri - sabitdir və bu, öz neftini Qara dənizlə ixrac edən, sənaye və istehlak mallarının idxalını bu dənizlə həyata keçirən Azərbaycan üçün əlavə risk amilidir.

Corc Buşla görüşdə Yuşşenko bildirib ki, Ukraynanın, ölkə parlamentində baş verə biləcək istənilən böhrana əsaslı cavab vermək üçün kifayət qədər demokratik resurs və mexanizmləri var və ola bilsin, Ukraynanın gücü və nibkinliyi bundadır. "Mənə elə gəlir ki, vəziyyət  elə də faicəvi, dramatik deyil", - o bildirib.

Vaşinqtonun Gürcüstanın Alyansa üzvlüyünü dəstəkləməsini də pisləyən Rusiyanın sərt etirazlarına baxmayaraq, prezident Buş Kiyevin NATO-ya daxil olmasına ABŞ-ın dəstəyini ifadə edib.

"Biz NATO - nu və Alyansa üzvlük prosesini müzakirə etdik. Biz enerji müstəqilliyini müzakirə etdik. Biz planetin müxtəlif hissələrinə sabitlik və sülh gətirmək üçün birgə iş üsullarını müzakirə etdik", - Buş Yuşşenko ilə görüşdən sonra bildirib.

Yuşşenko onu qəbul edən Buşu, Ukrayandakı siyasi qarışıqlıqlara inandırmaq üsullarını axtarırdı. Ölkədə hakim qərbyönlü koalisiya dağılıb, bəzi rəhbərlər isə, istənilən tələsik danışıqların Moskvayönlü qüvvələrin qələbəsi ilə başa çatacağı barədə xəbərdarlıq edirlər.

O, Buşdan noyabrın 22-də qeyd ediləcək və 1932  - 1933-cü illərdə Ukraynada aclığa həsr olunmuş tədbirdə iştirak etməyə ABŞ  - dan yüksək səviyyədə nümayəndə heyəti göndərməyi xahiş edib.

İqtisadi nikbinlik. Yuşşenko Ukrayandakı vəziyyətlə bağlı öz nikbinliyini  də paylaşıb və 8-10 aydan sonra Aİ üzvlüyünə namizəd statusu haqqında saziş vəd edib. Prezident Ukraynanın cari ildə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasından razılığını ifadə edib. O, 2008 - ci ilin birinci yarısında ÜDM-in 7,1 faiz artması, 7 mln. ton həcmində buğda məhsulu da daxil olmaqla, son üç il ərzində 7-7,5 faizlik iqtisadi artımı müsbət qiymətləndirib.

Ukrayanın əsas zəif cəhətlərindən biri onun enerji baxımından təhlükəsiz olmamasıdır. Ukrayna Rusiya nefti və qazından asılıdır, Azərbaycan və Qazaxıstandan daha çox enerji ehtiyatları idxal etmək istərdi. Hələ ki, yalnız Ukraynanı deyil, Polşa və Baltik regionunu Xəzər nefti ilə təmin etmək üçün nəzərdə tutulan Odessa - Brodı - Plotsk - Qdansk boru kəməri üzrə müzakirələr dayandırılıb. Özünün korrupsiyaya uğraması ilə tanınan Ukrayna bürokratiyası boru kəməri ilə bağlı 10 il nəticəsiz danışıqlar aparıb. Kiyev özünün enerji təhlükəsizliyi planlarının həyata keçirilməsində Bakıdan asılı olacaq - əgər siyasi iradəsi çatarsa.

Lakin prezident Yuşşenko Ukraynanın "Avropa üçün çörək səbəti", günəbaxan yağı istehsalı üzrə birinci, arpa istehsalı üzrə ikinci, dünyada buğda istehsalı üzrə beşinci yeri tutmasını nəzərə çatdırıb.

Yuşşenko ölkə iqtisadiyyatına yatırılan beynəlxalq sərmayələrin həcmindən razıdır. Bu sərmayələrin ümumi həcmi $36 milyarddır və vəsaitlərin 75 faizi son üç ildə yatırılıb. O əlavə edib ki, 2008 - ci ilin birinci yarısında $7 mlrd.-dan çox sərmayə yatırılıb və ayda $1-1,5 mlrd. təşkil edir.

Ukraynaya yatırılan Amerika sərmayələrin artmasına ümid ifadə edən Yuşşenko - ölkənin keçmiş Baş naziri və Ukrayna Milli Bankının keçmiş rəhbəri-  Ukrayna aviasiyası və gəmiqayırmasının, kosmik avadanlıq və raket istehsalının, enerji maşınları və qaldırıcı kranlar da daxil olmaqla, maşınqayırmasının dirçəlməsini tərifləyib.

Onun rəyinə görə, yüksək texnoloji layihələr Amerika sərmayədarları üçün xüsusi maraq kəsb edə bilər. Prezident Ukrayanın kompüter peşəkarlarının yüksək səviyyəsini qiymətləndirib. Ukrayna və ABŞ kosmosun mənimsənilməsi məsələləri üzrə də əməkdaşlıq edə bilərlər, - o bəyan edib. Yuşşenko Amerika sərmayədarlarını Ukrayna iqtisadiyyatının bahalı kənd təsərrüfatı sektoruna sərmayə yatırmağa çağırıb.


Sərhədsiz populizm. Yuşşenko Baş nazir Yuliya Timoşenkonun "sərhədsiz populizm" siyasətinə hücum edib. O, Baş naziri 16 faizdən çox olan inflyasiyada ittiham edib. Timoşenko onun siyasi təhlilində görkəmli yer tutur. Prezident Yuliya Timoşenko Blokunu ikiüzlülük və xəyanətdə ittiham edib. "İki koalisiya var", - o bildirib. Biri insanlar üçün nəzərdə tutulub, Yuliya Timoşenko Bloku, keçmiş Baş nazir Viktor Yanukoviçin rəhbərlik etdiyi Regionlar Partiyası və kommunistlər arasındakı digər koalisiyanın isə, başqa tərəfdaşı var - Moskva.

Prezident Yuşşenko, əsas məqsədi ölkədəki vəziyyətin sabitliyini pozmaq olan Ukrayna parlamentindəki son hadisələri "Gürcüstan-2" adlanırıb. "Bütün partiyaların rəhbərləri Ukraynanın sərhədləri haqqında danışıqlar aparmaq üçün şimala qaçıblar - mənim üçün bu sərhədlər müzakirə edilməzdir", - Yuşşenko bildirib.

Ukrayna prezidenti hesab edir ki, Bizim Ukrayna partiyası və Yuliya Timoşenko Bloku  ilə koalisiya qeyri - mümkündür. Prezident Timoşenko, Yanukoviç və kommunistlərin sabit koalisiya yarada biləcəyinə də inanmır. Onun rəyinə görə, seçkilər siyasi faciə deyil.

Ukraynanın nümayəndə heyətindəki mənbələr Trend -a bildiriblər ki, seçkilər dekabrda keçirilə bilər və Timoşenko tezliklə koalisiya yaradanadək, Yuşşenko onu neytrallaşdıra biləcəyinə əmindir. Müdafiə naziri və keçmiş Baş nazir Yuri Yexanurov isə, Nazirlər Kabinetinə başçılıq edəcək. Bu, Yuşşenkoya 2009 - cu ilə planlaşdırılmış prezident seçkilərinədək bil il vaxt qazanmağa kömək edəcək.

Azərbaycanın liderləri ümid edirlər ki, Kiyevdəki siyasi çəkişmələrdən asılı olmayaraq, Ukrayna və Rusiya ağıllı münasibətləri dəstəkləyəcək və Qara dəniz sülh regionu kimi qalacaq. Beynəlxalq münasibətlər, iqtisadi inkişaf və bütün Qafqaz regionu kimi, Azərbaycanın da çiçəklənməsi Qara dəniz hövzəsində əməkdaşlıq və sabitlikdən asılıdır.

Ariel Koen, Heritage Foundation-in Baş elmi əməkdaşı və ABŞ-Ukrayna İşgüzar Şurasının Baş müşaviri. O,  prezident Yuşşenko ilə səhər yeməyində iştirak edib.

Müəllifin rəyi Trend redaksiyasının rəyi ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti