...

Timoşenko Rusiyadan Ukraynaya qaz ixracına dair müqavilələrin noyabrda imzalana biləcəyini bəyan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2008 22:37 (UTC +04:00)

Ukrayna, Kiyev, 27 oktyabr/ Trend , müxbir Z.Novsvitski/ Ukrayanın Baş naziri Yuliya Timoşenko bəyan edir ki, 2009-cu ildə Rusiyadan Ukraynaya qaz ixracına dair müqavilələr noyabrda imzalana bilər.

"Düşünürəm ki, biz imzalanmanı noyabr айы ərzində rəsmiləşdirə bilərik. Əminəm ki, Rusiya Federasiyası ilə qarşılıqlı anlaşma tapa və bütün zəruri sənədləri imzalaya biləcəyik", - Timoşenko bazar ertəsi jurnalistlərə bildiirb.

Əvvəllər "Naftoqaz Ukrayna" bəyan edib ki, Ukrayna artıq cari həftədə qaz sazişləri və müqavilələrinin imzalanmasına çıxa bilər.

Prezident Viktor Yuşşenko bəyan edib ki, Kiyev Rusiya ilə qaz sazişləri imzalamaq ərəfəsindədir. "Bu il saziş ötən ildən daha tez  imzalanacaq", - prezident bəyan edib. Bununla yanaşı o vurğulayıb  ki, hazırda "Naftoqaz" və "Qazprom" şirkətləri arasında bilavasitə danışıqlar gedir və son "bir neçə nüans" həll edilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti