...

Kiyevdə metroda gediş haqqı 4 dəfə artırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2008 18:54 (UTC +04:00)

Ukrayna, Kiyev, 31 oktyabr/ Trend , müxbir Z.Novosvitski/ Noyabrın 1-dən Kiyevdə metroda gediş haqqı iki qrivna (təxminən 0,3 dollar), yerüstü nəqliyyatda 1,5 qrivna (0,25 dollar) təşkil edəcək.

"Sabahdan, o cümlədən də metropolitendə gediş haqqını artırırıq. Biz Kiyev Şurasının bir ay əvvəl şəhərin qonaqları üçün qəbul etdiyi qərarın ikinci hissəsini yerinə yetiririk. Kiyevlilərə gəldikdə isə, onlar üçün 50 qəpik dəyərində gediş haqqı uzunmüddətli gedişlər üçün qalacaq - yəni gediş talonlarını birillk almaq lazım gələcək", - Kiyev şəhər Dövlət Administrasiyasını sədrinin birinci müavini Denis Bass cümə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, metropolitendə bir jetoun qiyməti iki qrivna olacaq. Avtobus, trolleybus, tramvay talonları 1,5 qrivnaya başa gələcək.

Bu gün Ukrayna Milli Bankı tərəfindən müəyyən edilən milli valyutanın rəsmi məzənnəsi bir dollara görə 5,76 qrivanaya bərabərdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti