...

Azərbaycanın iri enerji layihələrinin sığortası üzrə yeni milli tərəfdaş açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2008 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Pasha Sigorta" şirkəti tərəfdaşları ilə birgə əməliyyat riskləri, məsuliyyət və terrorçuluq üzrə risklər, Azəri-Çıraq-Günəşli neft yataqları bloku və "Şahdəniz" qazkondensat yatağının işlənməsi layihələrində 2008-09-cu illərdə əmlak üzrə risklər, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismarı üzrə olan risklərin təmin edilməsi üzrə sığorta polislərinin rəsmiləşdirilməsi prosesini başa çatdırır. Bu barədə cümə axşamı "Pasha Sigorta"nın baş direktoru Nofəl Rzayev bildirib.

" "Pasha Sigorta"nın BP-nin idarə etdiyi strateji layihə üzrə milli sığortaçı seçilməsi "Statoil" və Britaniyanın "Marsh" broker firması mütəxəssislərinin iştirakı ilə BP-nin risk menecmenti tərəfindən əməliyyat prosedurları, personalın texniki imkanları və şirkətin maliyyə xarakteristikası üzrə təqribən iki il davam edən təhlili nəticəsində mümkün olub", -deyə Rzayev bildirib.

Milli sığortaçı "Pasha Sigorta"nın layihə üzrə tərəfdaşları operator qismində BP, "Marsh" broker firması və aparıcı beynəlxalq təkrarsığorta şirkətləridir.

Əvvəllər bu enerji risklərini, səhmlərinin 30 faizi Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olan digər iri şirkət "Ateshgah" sığortalayırdı.

"Şahdəniz" yatağının işlənilməsinə dair saziş 1996 - cı il iyunun 4-də imzalanıb. Saziş iştirakçıları bunlardır: BP (operator- 25,5%), Statoil (25,5%), NICO, Total, LUKAgip (10%), TPAO (9%), ARDNŞ (10%).

İri dəniz yatağı "Azəri-Çıraq-Günəşli"nin işlənməsi üzrə layihə iştirakçıları bunlardır: BP (operator- iştirak payının 34,1367%-i), ChevronTexaco (10,2814%), SOCAR (10%), İNPEX (10%), Statoil (8,5633%), ExxonMobil (8,006 %), TRAO (6,75 %), Devon (5,6262 %), ITOCHU (3,9205 %), Hess (2,7213%). Lazımi kapital yatırımlarının həcmi təqribən 20 mlrd. dollardır.

"Pasha Holding" qrupunun üzvü "Pasha Sigorta" Bakıdakı mərkəzi ofis və Sumqayıt və Xırdalandakı servis şöbələri vasitəsilə sığortanın 30 növü üzrə korporativ və fərdi müştərilərə xidmət göstərir. Kapitallaşma göstəricisinə görə, şirkət 9 mln. manat nizamnamə kapitalı və 11,5 mln. manat məcmu kapitalı ilə ölkənin aparıcı sığorta beşliyinə daxildir. "Pasha Sigorta" 2007-ci ildə 7,8 mln. manat və cari ilin doqquz ayı ərzində 6,6 mln. manatlıq sığorta haqları toplayaraq Azərbaycanın sığorta bazarında sığorta gəlirlərinin həcmi üzrə liderlər onluğunda öz mövqeyini möhkəmləndirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti