Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın 2009-12-ci illərin dövlət və məcmu büdcəsi dövlətin strateji məqsədlərinin yerinə yetirilməsinə və onların maliyyə dəstəyi ilə təmin edilməsinə yönəlib, - maliyyə naziri Samir Şərifov cümə axşamı sənədin parlamentdə müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2009-cu ilin büdcəsinin fərqli xüsusiyyəti ondan ibarətdir ki, onun qeyri-sabit xarici şəraitdə həyata keçirilməsi nəzərdə tutulur. "Dünya iqtisadiyyatında böhranın güclənməsi Azərbaycanı yeni çağırışlarla üz-üzə qoyur", - nazir bildirib.
Nazirin sözlərinə görə, son illərdə makroiqtisadi sabitliyin əldə edilməsi, maliyyə-iqtisadi potensial, maliyyə ehtiyatlarının toplanılması ölkəni dünya maliyyə böhranından müdafiə etməyə imkan verir.
2009-cu ilin dövlət büdcəsi formalaşdırılarkən, neftin qiyməti bir barelə görə 70 dollar səviyyəsində müəyyən edilib ki, bu da 2008-ci ilin göstəricisinə bərabərdir.
2009-cu ilin dövlət büdcəsinin gəlirləri 12,177 mlrd. manat, o cümlədən mərkəzləşdirilmiş gəlirlər - 11,698 mlrd. manat, yerli gəlirlər 478,636 mln. manat təşkil edir. Büdcə xərcləri - 12,335 mlrd. manat, o cümlədən mərkəzləşdirilmiş xərclər 11,097 mlrd. manat, yerli xərclər - 1,257 mlrd. manat təşkil edir.
Milli Məclisə təqdim edilmiş 2009-cu ilin büdcə paketində Azərbaycanın məcmu büdcəsinin gəlirləri 22,68 mlrd. manat, xərcləri isə 14,758 mlrd. manat məbləğində nəzərdə tutulub.
2008-ci ilin proqnozları ilə müqayisədə gəlirlər 29,9 faiz (5,215 mlrd. manat), xərclər isə 15,5 faiz (1,98 mlrd. manat) artacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]