Azərbaycan, Bakı, 13 noyabr / Trend / "Azerdemiryolbank"ın müştəriləri bankın tərəfdaşı olan mağazalardan plastik kartlarını təqdim etməklə güzəşt əldə edə bilərlər. Bu barədə bankın məlumatında bildirilir.
Mümkün güzəşt 15 faizədəkdir. Bu güzəşti əldə etmək üçün kartı təqdim etmək kifayətdir, ödənişi isə nəğd pul ilə də aparmaq olar. Tərəfdaş dairəsinin genişləndirilməsi də planlaşdırılır.
Bank Visa və MasterCard plastik kartlarının qiymətini aşağı salıb.
Bu gün bankın aktiv plastik kartlarının sayı 22 mini ötür, bu göstərici ilin əvvəli ilə müqayisədə iki dəfə artıb.
Bank 37 bankomat və 225 POS-terminala malikdir.