...

Azərbaycan MDB ölkələri arasında ÜDM- in artım templərinə görə liderliyini saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2008 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr/ Trend , müxbir N.İsmayılova/ Ötən ilin analoji dövrü ilə müqayisədə, 2008 - ci ilin yanvar-sentyabrında Birlik ölkələri üzrə ÜDM, orta hesabla, yeddi faiz artıb, - MDB dövlətlərinin Statistika Komitəsinin məlumatında bildirilir.

MDB - nin digər ölkələri ilə müqayisədə, Azərbaycanda ÜDM - in maksimal artımı müşahidə olunur. 2008-ci ilin yanvar-sentyabrı ərzində Azərbaycanın ÜDM - i 15 faiz artıb. Respublikada sənaye istehsalının artımı 12 faiz, ümumilikdə MDB ölkələri üzrə 6 faiz təşkil edib.

Müəssisələrin Azərbaycan üzrə yük daşınmalarını (boru kəməri nəqliyyatı nəzərə alınmadan) nəzərə almaqla 5,7 faiz təşkil edib. Doqquz ay ərzində mal dövriyyəsi 15,5 faiz artıb.

Sənaye məhsulları istehsalçılarının qiymət indeksi 27,1 faiz, istehlak qiymətləri indeksi 21,5 faiz artıb.

2008 - ci ilin yanvar - sentyabrında Birlik ölkələrin əsas sosial - iqtisadi göstəriciləri ötən ilin müvafiq göstəricilərilə müqayisədə, faizlə:

ÜDM(daimi qiymətlərdə)

Sənaye məhsulları
(
daimi qiymətlərdə)

Nəqliyayt müəssisələrinin daşınmaları (boru kəmərləri nəzərə alınmadan)

Рərakəndə mal dövriyyəsi
(
daimi qiymətlərdə; bütün realizə kanalları)

Sənaye məhsulları istehsalçılarının qiymət indeksləri

İstehlak qiymətləri indeksi

Azərbaycan

115,0

112,0

105,7

115,5

127,1

121,5

Ermənistan

110,3

103,4

86,5

107,51)

106,0

109,7

Belarus

110,7

113,1

106,7

122,7

113,6

114,9

Gürcüstan

109,32)

...

...

...

...  

...

Qazaxıstan

103,9

103,0

103,1

103,31)

150,2

119,2

Qırğızıstan

106,6

108,6

115,6

107,2

128,2

126,8

Moldova

105,44)

102,8

105,7

113,41)5)

112,5

114,2

Rusiya

107,33)

105,4

102,8

115,01)

127,9

114,2

Tacikistan

107,2

97,5

113,6

104,3

121,8

130,8

Özbəkistan

109,4

112,4

...

114,44)

...

...

Ukrayna

106,9

105,1

107,0

124,5

137,8

126,2

MDB ölkələri üzrə, orta hesabla*

107

106

104

116

130

117

1) Qida müəssisələrinin dövriyyəsi nəzərə alınmadan.

2) 2008 - ci ilin yanvar - martının 2007-ci ilin yanvar-martına nisbəti.

3) Kənd təsərrüfatı, faydalı qazıntılar hasilatı, emal istehsalı, elektrik enerjisi, su və qazın istehsalı və paylaşdırılması, tikinti, nəqliyyat, pərakəndə və topdan ticarət (Qazaxıstan üzrə rabitə də daxil olmaqla) məhsullarının fiziki istehsal həcminin dəyişməsi haqqında məlumatların əsasında hesablanan iqtisadi fəaliyyətin baza növləri üzrə məhsul buraxılışı indeksi.

4) 2008 - ci ilin yanvar - yununun 2007-ci ilin yanvar-iyununa nisbəti.

5) Ticarət aparan müəssisələr.

Noyabrın 14-nə olan cari mübadilə məzənnəsi 0,8093 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti