Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir A.Bədəlova/ "Müasir şəraitdə pul kütləsinin təmin olunması - düzgün adekvat makroiqtisadi siyasətdir", - bazar ertəsi maliyyə nazirinin müavini Dmitri Pankin "Vesti" telekanalı ilə birbaşa yayımlanan mətbuat konfransında bildirib.
"Müasir pullar hər hansı konkret səhmə bağlı deyil. Pulların real təmin olunması - bu, düzgün makroiqtisadi, məsuliyyətli pul və vergi siyasətidir", - Pankin deyib.
Onun sözlərinə görə, Federal ehtiyat sisteminin rəhbəri Alan Qrinspenin iqtisadi artım şəraitində hesablama tariflərini bir faizədək azaltması məsuliyyətsiz addmdır və münasib iqtisadi konyuktura şəraitində izafi kreditləşmə maliyyə qabarcıqlarının şişirdilməsinə, səhmlərin və əmlak qiymətlərinin artmasına gətirib çıxarıb.
Müəlliflə əlaqə ünvanı: [email protected]