...

İlham Əliyev Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2008 23:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin əsasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yaradılıb.

Nazirlər Kabinetinə tapşırıb ki, bir ay müddətində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əsasnaməsinin layihəsini, komitənin strukturunu, xərclər smetasını və işçilərin ümumi say tərkibi barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin;

qüvvədə olan normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin;

sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti

Xəbər lenti