...

Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsi metodologiyası hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2008 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan hökuməti ilə Dünya Bankı arasında daşınmaz əmlakın vahid kadastrının yaradılması üzrə birgə layihə çərçivəsində, daşınmaz əmlakın qiymətləndirilməsi metodologiyası hazırlanıb. Bu barədə cümə axşamı Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən bildiriblər. O, litvalı ekspert Albin Aleksienin yardımı ilə hazırlanıb və çərşənbə günü Dövlət Xidmətinə təqdim edilib.

Dövlət Xidmətindən bildiriblər ki, hesabatda əmlakın qiymətləndrilməsi üçün beynəlxalq praktikada istifadə olunan əsas amillər və üsullar göstərilib.

Ekspertin sənədində Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində hazırki vəziyyət öz əksini tapıb.

"Ölkədə əmlakın qiymətləndirilməsi sahəsində bir sıra problemlər var və onlardan biri ixtisaslaşdırılmış qiymət təyin edənlərin olmamasıdır", - deyə əvvəllər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəhbəri Arif Qaraşov bildirib.

Azərbaycan hökuməti və DB 2007-ci ilin iyulunda daşınmaz əmlakın vahid kadastrı sistemini birgə tətbiq etmək haqqında saziş imzalayıblar. Layihə dörd komponentdən ibarətdir - daşınmaz əmlakın qeydiyyatı; dövlət əmlakının idarə edilməsi və reyestri; baza xəritəçəkmə və torpaq kadastrı; treninqlər, siyasətin formalaşdırılması və layihənin idarə edilməsi. Layihənin dəyəri 38,57 mln. dollar təşkil edir. Bunun 30 mln. dolları DB - nin kreditinin payına düşür. Kredit ehtiyatları beş il güzəştli dövr olmaqla, 20 il müddətinə ayrılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti