...

Ticarət tərəfdaşlarında inflyasiyanın səviyyəsi Azərbaycandan 4% çoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2008 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr/ Trend , müxbir N.İsmayılova/ Azərbaycan Milli Bankının məlumatlarına əsasən, neft sektoru nəzərə alınmaqla, 2008 - ci ilin yanvar-oktyabrında ölkənin xarici ticarət tərəfdaşlarının valyutalarına nisbətən manatın real effektli məzənnəsi (REM), ötən ilin dekabrı ilə müqayisədə, ümumi ticarət dövriyyəsində 23,5 faiz, idxalda 23 faiz və ixracda 23,3 faiz bahalaşıb, AMB - dən cümə axşamı bildiriblər.

Aparılan araşdırmalar göstərib ki, xarici ticarətdə (neft sektoru nəzərə alınmaqla) REM - in artmasına ABŞ - ın payının təsiri 2008 - ci ilin yanvar- oktyabrı ərzində 17,5 faiz, Avrozona - 28,8 faiz, İngiltərə - 38,9 faiz, Rusiya - 16,3 faiz, Türkiyə 36,5 faiz, Ukrayna - 11,2 faiz, Gürcüstan - 1 faiz, İran - 9,4 faiz, Qazaxıstan - 10,2 faiz, Yaponiya - 3 faiz, İsrail - 8,3 faiz səviyyəsində olub. 

2007 - ci ilin dekabrına nisbətən yanvar - oktyabrda REM qeyri - neft sektorunda ümumi ticarət dövriyyəsində 21,3 faiz, idxalda - 21,9 faiz, ixracda - 18,6 faiz möhkəmlənib.

Lakin uzunmüddətli perspektivdə REM azalmağa davam edir. 2000 - ci ilin dekabrı ilə müqayisədə, 10 ay ərzində qeyri - neft sektorunda ümumi ticarət dövriyyəsində (neft sektoru çıxılmaqla) REM - in möhkəmlənməsi templəri 7,9 faiz, idxalda - 11,3 faiz olub, ixrac 7,8 faiz ucuzlaşıb. Neft sektoru nəzərə alınmaqla, məzənnə, müvafiq olaraq 17,3 faiz, 14,6 faiz və 19 faiz möhkəmlənib.

Uzunmüddətli dövrdə qeyri - neft sektorunda REM - in azalması ticarət tərəfdaşlarında inflyasiyanın artım templərinin Azərbaycanda istehlak qiymətlərinin artımını üstələməsi ilə izah olunur. 2000 (dekabr) - 2008 - ci (oktyabr) illər ərzində Azərbaycanda inflyasiyanın səviyyəsi 94,6  faiz olduğu halda, ölkənin ticarət tərəfdaşlarında qiymətlər orta hesabla 98,5 faiz artıb.

On ay ərzində ABŞ, Avrozona, İngiltərə, Türkiyə, Rusiya, Gürcüstan, İran, Yaponiya və Qazaxıstanın valyutalarına nisbətdə manatın real məzənnəsinin möhkəmlənmə templəri manatın nominal məzənnəsinin möhkəmlənmə templərini ötüb. Eyni zamanda, manat Yaponiya, Gürcüstan və İsrailin valyutalarına nisbətdə nominal ucuzlaşıb, real olaraq - qalan bütün valyutalara nisbətdə möhkəmlənib.

Noyabrın 27 - nə olan cari mübadilə məzənnəsi -- 0,8079 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti