...

Azərbaycanda təqaüdçülərin sayı 1,2 mln. nəfəri keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2008 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanda ailə başçısının itirilməsinə görə təqaüd alan ailələrin sayı 137,1 mindir, onlardan 19 - u Milli Qəhrəman ailəsidir, - bazar ertəsi Əhalinin Sosial Müdafiəsi Dövlət Fondundan (ƏSMDF) bildiriblər.

Əlilliyə görə 297,7 min nəfər təqaüd alır, onların 22,3 min nəfəri birinci dərəcəli əlil, 7,7 min nəfəri birinci dərəcəli gözdən əlildir. Peşə xəstəliyinə görə əmək təqaüdçülərinin sayı - 4,6 min nəfərdir.

Azərbaycanın Əhalinin Sosial Müdafiəsi Dövlət Fondundan bildiriblər ki, oktybarın 1-nə əmək təqaüdçülərinin sayı 1,266 mln. nəfərdir, onlardan 494,8 mini - kişilər, 771,6 mini - qadınlardır.

Azərbaycanda təqaüdlər yaşa, əlilliyə və ailə başçısının itirilməsinə görə verilir.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti