...

Naxçıvan MR - də sənaye artımı 15 faizi ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2008 19:36 (UTC +04:00)

Azərbaycan, Baku, 01 dekabr / Trend , müxbir S.Babayeva/ Naxçıvan MR- də 2008 - ci ilin yanvar-oktyabrında sənaye istehsalının (məhsul istehsal olunub və sənaye xaratkerli xidmət göstərilib) həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15,5 faiz artaraq, 134 mln. manatı keçib, - bazar ertəsi NMR-in Bakıdakı nümayəndəliyindən bildiriblər.

Strukturda ümumi sənaye istehsalının 78,6 faizi - məhsul istehsalının, 21,4 faizi - göstərilən xidmətlərin payına düşüb.

Hasilat sənayesinin xüsusi çəkisi - 0,3 faiz, emaledici sənayenin - 82,2 faiz, elektrik enerjisinin və su sektorunun xüsusi çəkisi - 17,5 faiz olub.

Doqquz ay ərzində istehsal olunan məhsulun 110 mln. manatı - qeyri - dövlət sektorunun, 24,2 mln. manatı - dövlət sektorunun payına düşüb.

Dekabrın 1 - nə olan rəsmi məzənnə 0,8088 AZN/USD.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti