...

Naxçıvan MR 29 ölkə ilə xarici ticarət əməliyyatları həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2008 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend / Yanvar - oktyabrda Naxçıvan Muxtar Respublikası (NMR) 28 ölkə ilə təxminən 79,6 mln. dollar məbləğində xarici ticarət əməliyyatları həyata keçirib, - NMR-in Bakıdakı daimi nümayəndəliyindən çərşənbə axşamı xəbər veriblər.

Ümumi ticarət dövriyyəsinin strukturunda 35,7 faiz və ya 28,4 mln. dollar ixracın, 64,3 faiz və ya 51,1 mln. dollar idxalın payına düşür.

Yanvar - oktyabrda aşağıdakı ölkələr ticarət tərəfdaşları olublar: Türkiyə, İran, Rusiya, Ukrayna, Belarus, Almaniya, Gürcüstan, Koreya, Qazaxıstan, Fransa, ABŞ, BƏƏ, Kuba, Hindistan, Yaponiya, Avstriya, Macarıstan, Böyük Britaniya, İsveç, İsveçrə, Niderland, Çin, Slovakiya, Özbəkistan, Meksika  və İtaliya, Kanada, Finlandiya, Pakistan.

Dekabrın 2-nə olan cari mübadilə məzənnəsi -  0,8094 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti