...

Azərbaycanın UniBank-ın təşkil etdiyi Unicup futbol turnirinin birinci mövsümü başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2008 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr/ Trend / Unibank-ın təsis etdiyi Unicup futbol turnirinin birinci mövsümü - Unicup-2008 başa çatıb, - bankın cümə axşamı yayılan məlumatında bildirilir.

Unicup kubokunun sahibi Karasu Operating Co şirkətinin komandası olub. İkinci və üçüncü yerləri RAM MMC və Azercell şirkətlərinin yığmaları tutublar. Unibank-ın yığması dördüncü yerdə qərarlaşıb.

Qalib-komanda, kubokdan əlavə, medallar və Unibank-dan 3000 manat məbləğində pul mükafatı əldə edib. RAM MMC-nin komandası da medalllar, komandanın bütün üzvləri üçün  Mbask-dan pulsuz həyat sığortası və digər hədiyyələr alıblar. Üçüncü yer tutan Azercell yığması Unileasing-dən həvəsləndirici mükafatların sahibi olub.

Üç qalibdən və Unibank-dan əlavə, Kubok uğrunda mübarizədə daha 12 komanda - MBask, Unileasing, N-Link, Akhundoff Networks, NLT Telekom, Bismak, Metak, Futbol+, Danone, Ataxan adına Dəmir Metal Zavodu, Performance Center və AA Service - iştirak edib.

Qeyd edək ki, Unibank əvəllər də Azərbaycanda müxtəlif idman hadisələrini, Güləş üzrə dünya çempionatı, Beynəlxalq qadın şahmat turniri, müxtəlif futbol oyunları və s. kimi, dəstəkləyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti