...

2009-cu ildə TRACECA-nın yeni fəaliyyət planı qəbul olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2008 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr / Trend , müxbir E.İsmayılov/ TRACECA nəqliyyat dəhlizinin 2010-2012-ci illər üçün yeni fəaliyyət planı 2009-cu ildə qəbul olunacaq, TRACECA-nın 2007-2009-cu illər üçün rəsmi fəaliyyət planında deyilir. Gələcəkdə 2013-2015-ci illər üçün fəaliyyət planının qəbul olunması planlaşdırılır.

TRACECA proqramı keçid dövrünü yaşayır. Regionun gələcək inkişafı üçün bu dəhliz ətrafında nəqliyyat sektorunda hüquqi mexanizmlərin sürətlənməsi və iqtisadi, siyasi planda, eyni zamanda infrastrukturun sərmayələşdirilməsi ilə bağlı instutsional aspektlərin möhkəmlənməsi tələb olunur.

TRACECA-nın 2015-ci ilədək strategiyasında əsas qısamüddətli məqsəd və vəzifələr: nəqliyyatın maliyyələşdirilməsi dövlət planının hazırlanması, regional və benyəlxalq maliyyə mənbələrinin mobilləşdirilməsi, dövlət və özəl sektorların tərəfdaşlığına, gəmiçiliyin təhlükəsizliyinə yardım, etibarlı hava nəqliyyatı, etibarlı quru nəqliyyatı, nəqliyyat infrastrukturunun etibarlı inkişafının möhkəmlənməsi, eyni zamanda yenidən təşkili ilə bağlıdır, - TRACECA hökumətlərarası komissiyasının strategiyasında deyilir.

Strategiya çərçivəsində ortamüddətli perspektivdə regional nəqliyyat şəbəkələrinin inkişaf prinsiplərinin, yük axınının planlaşdırılması və proqnozlaşdırılması metodologiyalarının hazırlanması, aparıcı nəqliyyat layihələrinin müəyyənləşməsi, şəbəkələrin fasiləsiz mükəmməlləşdirilməsi nəzərdə tutulur.

Eyni zamanda, limanların, dəniz magistrallarının, dəmiryol sistemlərinin inkişaf perspektivi məsələlərinin, sərhədlərin keçilməsi, multimodal yükdaşımaların kompleks planlarının müasirləşməsi də buraya daxildir.

Uzunmüddətli perspektivdə 2015-ci ilidək strategiyaya uyğun olaraq hava hərəkətinin idarəolunması sahəsində əməkdaşlıq, eyni zamanda hava limanlarının istismarının optimallaşdırılması planlışdırılır.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti