...

İran Avropaya qazla təzyiq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2008 14:04 (UTC +04:00)
İran Avropaya qazla təzyiq göstərir

Azərbaycan, Bakı, 05 dekabr/ Trend , müxbir S.Əliyev/ İranın "Nabukko" qaz kəməri layihəsində iştirakdan imtina etməsi və qazın Avropaya çatdırılması üçün şəxsi qaz kəmərinin (Persian Pipeline)  çəkiləsini bəyan etməsi ilə əlaqədar, qazın realizəsi, bölünməsi və satışı ilə bağlı  bir çox məsələlər yaranır.

"Nabukko" boru kəmərinə alternativ kimi nəzərdə tutulan şəxsi qaz kəmərinin tikintisi İran qazının Türkiyə ərazisi ilə Avropaya çatdırılmasını fikrini irəli sürür. Lakin bu qazın alıcısının kim olacağı və hansı dövlətlərin ərazisindən keçəcəyi məsələsi qaranlıq qalır.

Bu həftə İranın neft nazirinin müavini Əkbər Türkan ölkənin "Nabukko" boru kəmərinə alternativ olacaq 3300 km -lik Persian Pipeline qaz kəmərini çəkmək niyyətində olduğunu bəyan edib. İran, dəyəri təxminən 6 mlrd. dollar olan qaz kəməri vasitəsilə öz qazının Türkiyə ərazisindən Avropaya nəqlini planlaşdırır.

Avropa İttifaqı və  "Nabukko" layihəsinin nümayəndələrinin bəyan etdiklərinə görə, hazırda İran qazının Avropaya tədarükü nəzərdə tutulmur və hətta nəzərdən keçirilmir. Buna səbəb, İranın nüvə proqramı ilə əlaqədar bu ölkənin üzərinə qoyulmuş sanksiyalardır. Hazırda "Nabukko" qaz kəməri üçün əsas qaz tədarükçüləri qismində Xəzər regionunun digər ölkələri - Azərbaycan və Türkmənistan nəzərdən keçirilir.

Avropa İttifaqı və ABŞ - ın dəstək göstərdiyi "Nabukko" layihəsi qazın Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə ixracını nəzərdə tutur. Nabucco gas pipeline International Konsorsiumu Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənilməsi layihəsi çərçivəsində, ildə səkkiz milyard kubmetr qaz almağı gözləyir.

Konsorsium, "Nabukko" layihəsinin realizəsinin ikinci mərhələsində İraqdan analoji həcmdə qaz gözləyir. Əvvəlcə layihə qazın İranın Fars körfəzi yataqlarından ixracını nəzərdə tuturdu. İranın nüvə proqramı ətrafında münaqişəli vəziyyət və Aİ ölkələrinin İran qazını bu qaz kəməri vasitəsilə nəql etməkdən imtina etməsi ilə əlaqədar, 2006 - cı ildə layihəni elə dəyişmək barədə qərar qəbul edilib ki, Türkmənistan, Özbəkistan və Azərbaycandan qaz tədarük etmək imkanı olsun.

İranın yeni qaz kəmərinin çəkiləcəyi marşrut məsələsi də açıq qalır. Hazırki şəraitdə Avropa ölkələrinin öz ərazilərini İran qazının Aİ - yə tranziti üçün təqdim edəcəkləri az ağlabatan görünür. İndi İrana qarşı tətbiq edilən sanksiyalar Aİ ölkələrinin Tehranla ticarət münasibətlərinə qadağa qoyur. Beləliklə, İran qazının bu ölkələrə satışı mümkün hesab edilmir.

Hazırda İranın yeni qaz kəmərinin çəkilməsinə dair bəyanatının kökündə iqtisadi məqsədlərdən daha çox siyasi məqsədlər dayanır. Bu ölkə nümayəndələrinin özlərinin dedikləri kimi, qaz kəmərinin qəbulu haqqında qərar Avroa ölkələri və ABŞ - ın İran əleyhinə sanksiyalarına cavab olaraq qəbul edilib.  Bununla yanaşı, İran nümayəndələrinin yeni marşrutun yaradılması məsələsində Rusiyanın (hər iki ölkə qaz üçlüyü - "qaz OPEK"inin iştirakçısıdır) dəstəyinə söykənəcəkləri barədə bəyanatları Avropanın bu boru kəmərini dəstəkləyəcəyinə dair imkanları daha çox azaldır. İlk növbədə bu, Avropanın enerji tədarüklərini diversifikasiya etmək və Rusiya qazından kifayət qədər ciddi asılılığı azaltmaq istəyi ilə izah olunur.

Bununla yanaşı, təkrar ixrac sistemi üzrə mümkün tədarükləri istisna etmək olmaz. İran öz qazını Türkiyəyə sata, o isə, öz növbəsində, qazı Avropa bazarında reallaşdıra bilər. Lakin bu varianat az ağlabatandır; Avropanın buna gedəcəyi və İranın öz qazını Türkiyə ilə sərhəddə satmaq istəyəcəyi məlum deyil.

Lakin İrana qarşı sanksiyaların götürülməsi Persian Pipeline qaz kəmərinin çəkilməsi layihəsinin perspektivlərini xeyli artıracaq. Tehranın, Rusiyadan sonra, təxminən 28 trln. kubmetr həcmində ikinci ehtiyatları var  və bu onu dünya qaz bazarında əsas oyunçulardan biri edir. Böyük qaz ehtiyatları və şəxsi qaz kəmərinin olması bu ölkəni qazın dünya bazarlarına əsas ixracatçılarından birinə çevirəcək və tədarüklərin istiqaməti bu ölkənin yalnız iqtisadi deyil, həm də siyasi motivlərindən asılı olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti