Azərbaycan, Bakı, 10 dekabr / Trend / Bu gün Bakıda ölkənin bank cəmiyyəti ilə görüşdə dünya maliyyə böhranı və onun bank sektoruna və ümumilikdə Azərbaycan iqtisadiyyatına mümükün təsiri məsələləri müzakirə ediləcək.
Çərşənbə günü saat 15:00-da başlayacaq görüşün təşkilatçısı Azərbaycan Banklar Assosiasiyasıdır.
Məsələlərin müzakirəsi Azərbaycan Milli Bankı, özəl bank sektoru, Dünya Bankı və BVF daxil olmaqla, ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə institutları, həmçinin parlament və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçəcək.
Tədbir Azərbaycan Banklar Assosiasiyasının binasında keçiriləcək.