...

Palmali şirkəti yeni tanker alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2008 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr/ Trend / Palmali şirkətlər qrupu RST22 layihəli Araz River tankerini alıb. Tanker, "Krasnoe Sormovo" zavodunda tikilmiş sayca dördüncü gəmidir.

Gəmi, müqavilə öhdəliklərinə müvafiq olaraq, sifarişçiyə vaxtında  verilib. "Yeni Armada" seriyası "Armada" kimi tanınan, Dəniz Mühəndislik Bürosunun (Odessa) əvvəllər Palmali üçün layihələndirdiyi 005RST01 layihəli tankerlər seriyasının davamıdır. Yeni layihəli tankerlər gücləndirilmiş dəniz funksiyası, dəniz şəraitində 650 ton artırılmış dedeveyti və çayda imkanların saxlanılması ilə, yük tankerlərinin artırılmış tutumuna malikdir.

Layihələndirmə zamanı Rusiya və dünya neft şirkətlərinin xüsusi tələbləri və Rusiya dəniz gəmiçilik registri sinifli əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb.

Yeni seriyada 10 gəmi tikiləcək. Baş tanker Kura River iyulda, tanker Nasiba Zeynalova avqustda, Bashir Safaroglu cari ilin sentyabrında sifarişçiyə təqdim edilib.

Gəminin uzunluğu 139,95 m, eni 16,60 m, göyərtəsinin hündürlüyü 6 m təşkil edir. Bu seriyadan olan tankerlərin dedveyti dənizdə 4,60 metr suya oturmada təxminən 7000 ton, çayda 3,60 m suya oturmada 4700 tondur. Altı yük və iki durulducu tankın tutumu 8090 kubmetr, baş mühərrikin gücü - 2x1200 kVt, istismarda sürəti 10,5 dəniz milidir.

2008 - ci il martın əvvəlində İstanbulda "Krasnoe Sormovo" zavodu və Palmali Qrupu arasında iki 19619 layihəli tankerin tikilməsinə dair müqavilə bağlanılıb. Tankerlər, zavodun şirkət üçün tikidiyi bu layihədən olan dördüncü və beşinci gəmidir. Müqavilənin 2009-cu ilin dördüncü rübü başa çatacaq. Bu layihəli üç tanker artıq Palmali -yə verilib.

Hazırda Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi (XDG) üçün 19619 layihəli sayca altıncı tanker tikilib. Yeddinci tankerə dari müqavilə 2008-ci ilin iyununda imzalanıb, yerinə yetirilmə tarixi 2009-cu ildir.

Bundan başqa, "Krasnoe Sormovo" Argo Shipping International gəmiçilik şirkəti (Panama) ilə 5,6 min ton dedveytli üç tankerin tikintisinə dair müqavilə bağlayıb, dördüncü tankerin xüsusiyyətləri təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti