Azərbaycan, Bakı, 11 dekabr/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin əmri ilə, Azerlotereya ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. Bu vəzifəni Maqsud Tağıyev tutub, - Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən cümə axşamı bildiriblər.
Əvvəllər bu vəzifəni Nicat Məmmədovicra edirdi.
Bu vəzifəyə təyin edilənədək Tağıyev Vergilər Nazirliyi Bakı Şəhər İdarəsinin rəis müavini olub.
Azerlotereya Azərbaycan Respublikasında lotereya fəaliyyətinin tənzimlənməsi, vətəndaşların hüquq və qanuni maraqlarının ardıcıl təmin edilməsi, dövlət büdcəsinə daxilolmaların artırılması və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətinin gücləndirilməsi məqsədilə, 2001-ci ildə ölkənin İqtisadi İnkişaf Nazirliyinin 100 faizlik təsisçiliyi ilə yaradılıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]