...

Gürcüstan iqtisadiyyatının dünya iqtisadi böhranının nəticələrindən xilas edilməsi cəmiyyətin stabilliyinə yardım edəcək – Mixail Saakaşvili

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2008 17:00 (UTC +04:00)
Gürcüstan iqtisadiyyatının dünya iqtisadi böhranının nəticələrindən xilas edilməsi cəmiyyətin stabilliyinə yardım edəcək – Mixail Saakaşvili

Gürcüstan, Tbilisi, 15 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti Mixail Saakaşvili bütün ölkəni birləşməyə və bununla da dünya iqtisadi böhranının nəticələrini aradan qaldırmağa çağırıb. Mixail Saakaşvili bu bəyanatı dünya maliyyə böhranı ilə bağlı məhsullarını reallaşdırmaqda çətinlik çəkən Rustavi metallurgiya zavodunun işçiləri ilə görüşdə edib.

"Biz Rusiya ilə müharibəyə davam gətirdik və Gürcüstan iqtisadiyyatına təcavüzün nəticələrini heç kəs özündə xüsusi hiss etmədi. Lakin bu gün 30-cu illərdən bəri analoqu olmayan dünya böhranı artıq bizlərə təsir göstərir", - deyə dövlət rəhbəri bildirib.

Prezident bərbadlıq və aclıq gətirən iki böhran yaşamış Gürcüstanın daha belə çətinliklər hiss etməyəcəyinə vəd verib.

"Biz Azərbaycan ilə enerji daşıyıcılarının tədarükünə dair beş illik müqavilə bağlamışıq və bu gün, evlərimizdə işıq və istiliyin olacağını deyə bilərik", - deyən Saakaşvili Gürcüstanın qazlaşdırılması prosesinin davam etdiriləcəyini qeyd edib.

Onun fikrincə, mövcud müəssisələr və son illərdə formalaşan ixtisaslaşdırılmış işçi qüvvəsinin qorunub saxlanılması hökumətin vəzifələridir.

Gürcüstan prezidenti hesab edir ki, ABŞ və Avropa ölkələri ilə azad ticarət rejimi yaranmış vəziyyətdən xilas yoludur.

"Biz birlikdə böhrandan çıxa bilərik, bizim artıq vəziyyətdən çıxışa dair planlarımız var. Bu məqsədlə ölkə hökuməti yenilənib, belə ki, bəzi nazirlər "ciddi çağırışlar"dan, sadəcə olaraq, yorulublar", - deyə Saakaşvili bildirib.

Prezident qeyd edib ki, Gürcüstan iqtisadiyyatını xilas etmək və iqtisadi böhrandan qaçmaq cəmiyyətin stabilliyinə kömək edəcək.

"Biz başa düşürük ki, belə çətin şəraitdə iqtisadiyyatın inkişafını təmin etmək üçün birlik və səhv etməmək lazımdır, başqa sözlə, hakimiyyət və xalq bir olmalıdır", - deyə Saakaşvili əlavə edib.

O, Gürcüstan hakimiyyətinin ikinci vəzifəsi kimi, ölkənin kredit -maliyyə sisteminin qorunması olduğunu qeyd edib;bu gün Avropanın bir çox ölkələrində, məsələn, Latviya və Polşada milli valyutaların devolvasiyası müşahidə olunur.

Saakaşvili qeyd edib ki, Gürcüstan hakimiyyəti buna imkan verməyəcək.

"Biz 400 - 500 mln. dollar əldə edəcəyik və bu məbləğ bank sektorunun inkişafına yönəldiləcək. 2009 - cu ilin ilk altı ayı ölkə üçün çox çətin olacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti