...

Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması ideyasının yaşamaq hüququ var – Qazaxıstanın xarici işlər naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2008 18:56 (UTC +04:00)
Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması ideyasının yaşamaq hüququ var – Qazaxıstanın xarici işlər naziri

Qazaxıstan, Astana, 23 dekabr/ Trend , müxbir K.Konırova/ Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması məsələsinin yaşamaq hüququ var - Qazaxıstanın xarici işlər naziri Marat Tajin çərşənbə axşamı Astanada bəyan edib.

"Cari ilin oktyabrında hökumətlərarası konfrans çərçivəsində Həştərxanda müzakirə edilmiş Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması barədə məsələ və baş tutmuş danışıqlar, rəy mübadiləsi göstərib ki, İran prezidentinin ideyasının yaşamaq hüququ var və Qazaxıstan tərəfi bu məsələnin ekspert işlənilməsinə başlamağa hazır olduğunu bildirir", - Tajin deyib.

Onun rəyinə görə, Xəzərin Hüquqi Statusu haqqında Konvensiya yaxın perspektivdə Xəzəryanı dövlətlərin özünəməxsus "yol xəritəsi" olmalıdır. Onun realizəsi Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinin uzunmüddətli və möhkəm hüquqi əsasını yaratmağa və Xəzər dənizi və onun sərvətlərini gələcək nəsillərə saxlamağa imkan verəcək.

İşçi qrupunun əsas baza sənədi - Xəzərin Hüquqi Statusu haqqında Konvesiyaya dair beş Xəzəryanı dövlətin nazir müavinləri səviyyəsində iclası Astanada iki gün - bu gün və sabah davam edəcək. Azərbaycanın nümayəndə heyətinə nazir müavini Xələf Xələfov başçılıq edir.

NMüəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:

mMüə  [email protected]

Xəbər lenti

Xəbər lenti