...

Azərbaycan parlamenti gəmiçilik sahəsində dövlət rüsumları dərəcələrinin dəyişdirilməsini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2008 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr/ Trend , müxbir E.İsmayılov/ Azərbaycan parlamentı "Dövlət rüsumları haqqında" Qanuna əlavə və düzəlişlərin edilməsi çərçivəsində, çərşənbə axşamı gəmiçilik sahəsində xidmətlər və ya hüquqi işlərə dövlət rüsumları dərəcələrini müzakirə edəcək.

Layihəyə əsasən, aşağıdakı bənd və tariflər üzrə rüsumlar təklif olunur:

Dövlət rüsumlarının tətbiqi istiqaməti

Dövlət rüsumunun məbləği

Azərbaycan bayrağı altında üzmək hüququ haqqında şəhadətnamənin verilməsi

50 manat

Berbout-çarter reyestrində qeydiyyatdan keçən və ya təkrar qeydiyyatdan keçən gəmilər üçün Azərbaycan bayrağı altında üzmək hüququ haqqında müvəqqəti şəhadətnamənin verilməsi

50 manat

Dövlət gəmi reyestrində qeydiyyatdan keçən və ya təkrar qeydiyyatdan keçən gəmilər üçün mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi

50 manat

Ekipajın tərkibi haqqında şəhadətnamənin verilməsi

40 manat

Neftlə çirklənmənin qarşısının alınması haqqında şəhadətnamənin verilməsi

50 manat

Gəmi reyestrindən arayışın verilməsi

25 manat

Gəminin Gəmi və Liman Vasitələrinin Müdafiəsi haqqında Beynəlxalq Məcəllənin tələblərinə uyğun olması barədə şəhadətnamənin verilməsi

50 manat

Gəminin Beynəlxalq Etibarlı İdarəetmə Məcəlləsinə uyğunluğu haqqında şəhadətnamənin verilməsi

50 manat

Limanın (liman məntəqəsinin) Gəmi və Liman Vasitələrinin Müdafiəsi haqqında Beynəlxalq Məcəllənin tələblərinə uyğunluğu barədə şəhadətnamənin verilməsi

50 manat

Gəmiçilik şirkətinin Beynəlxalq Etibarlı İdarəetmə Məcəlləsinə uyğunluğu haqqında şəhadətnamənin verilməsi

50 manat

Gəmi komandiri və ekipajına diplom və şəhadətnamələrin verilməsi

30 manat

Gəmi ekipajı üzvləri üçün hazırlıq kursları sertifikatlarının verilməsi

10 manat

Dənizçinin Qeyd Kitabçasının verilməsi

25 manat

Dənizçinin şəxsiyyətini təsdiqləyən sənədin verilməsi

30 manat

Kiçik gəmilərə gəmi biletlərinin verilməsi

10 manat

Kiçik mühərriksiz gəmilərin qeydiyyatı

5 manat

Mühərrikli kiçik gəmilərin qeydiyyatı:

asma və stasionar mühərrikli gəmilərin

5 manat

yelkənli gəmi və yaxtaların

5 manat

üzən nasos, torpağın qurudulması üzrə qurğuların

5 manat

Kiçik gəmilərə texniki baxışın keçirilməsi:

asma və stasionar mühərrikli gəmilərin

5 manat

yelkənli gəmi və yaxtaların

5 manat

üzən nasos, torpağın qurudulması üzrə qurğuların

5 manat

Kiçik gəmilərin dayanması üçün baza və körpülər

10 manat

Kiçik mühərriksiz gəmilər

5 манатов

Kiçik gəmilər üçün gəmi reyestrindən arayışların verilməsi

10 manat

Kiçik gəmi sürücülərinə sürücülük vəsiqəsinin verilməsi

15 manat

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti