...

Azərbaycan Milli Bankı 2009-cu ildə birrəqəmli inflyasiya səviyyəsinə nail olmağı real hesab edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2009 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar/ Trend , müxbir S.Babayeva/ Azərbaycan Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan və Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi altında keçən iclasında Milli Bankın sədri Elman Rüstəmov bildirib ki, Azərbaycan Milli Bankı 2009-cu ildə ölkədə birrəqəmli inflyasiya səviyyəsinə nail olmağı real hesab edir.

"2008-ci ilin birinci yarasında bəzi beynəlxalq təşkilatlar Azərbaycanda inflyasiyanın səviyyəsini 25-27 faiz proqnozlaşdırırdı. Lakin qlobal amillər, həmçinin daxili siyasət nəticəsində bu göstərici proqnozlaşdırılandan aşağı - 20 faiz oldu. Bu il inflyasiya təqribən 16 faiz səviyyəsində proqnozlaşdırılır, bu da cari ildə inflyasiyanın yekunlarına nikbin baxmağa imkan verir", - deyə Rüstəmov bildirib.

Milli manat dollara nisbətdə beş faizdən çox, avroya münasibətdə isə doqquz faiz möhkəmlənib.

Xəbər lenti

Xəbər lenti